Teqvim| « Fevral 2012 » | | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. | B. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 |
Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA səhife » Xəbər arxivi
- Az qalıb burdan getməyimizə, Zərifə. - Hə, lap az. Mən getmək istəmirəm. Getməkçün yerimin olmadığını düşünmək incidir məni.Sən neyləmək fikrindəsən? - Atamı tapıb öldürəcəm! - Zərifə! - Hə, öldürəcəm. Onsuzda kimsəm yoxdur. Öldürüb ömrünün qalan hissəsini də türmədə keçirərəm. Küçələrdə qalıb fahişə olmaqdan ki, yaxşıdı kaloniyada dustaq olmaq. - Necə öldürəcəksən, Zərifə? Belə şeylər danışma! - O anamı necə öldürüsə mən də onu elə öldürəcəm, Mələk. Kürəyinin ortasından uf demədən bıçaq san... Ardını oxu>>
|
Gecənin özü səda, Sonu sükut Saat çıqqıldayır əqrəblər köklənib "do"-ya layla çalır sükuta Və birdən Deyingən bir qarı, Qarı ilə oynayan, Yarpaqları döyən Külək... Və bir də Gecənin əynindəki Qara libasdan asılan Bəyaz geyimli xoşbəxt mən... Ya da Gecənin özü sükut Sonu səda...
|
Səni, Şizofren Möhkəm danışan Dəli kimi gülən Düşünməyən Qəfildən ağlayan Qırmızıda dayanıb Yaşılda maşınlarla Yarışan Sevən, Sevilən Atılan Aldadılan Yıxılan Duran Ağlayan Sonra bolluca gülən Bir azca adam Daha çox, Kəsilmiş əlinin Qanını sovuran Beləcə ağrını dadan Ortaq dostumuzdan Qapqara bir qızcığazdan Səndəki məndən Məndəki özümdən Tanıyıram...
|
Yox, belə olmaz... Danışmalıyıq, Azərbaycan! Sənə böyük hörmətim var. Ona görə də nə anam, nə bacım nə də canım sözlərini qoşmayacam adının yanına. Kişilər bir-birini söyəndə anadan, bacıdan başlayırlar. Söydürməyəcəm səni. Canımda da ki, səni daşıya biləcək qədər güc yoxdu. İcazə ver səni eləcə adınla çağırım. Belə daha möhtəşəm olursan! Yalnışlıqılarla dolusan, Vətənim. Şəxsiyyətini təsdiqləyən vərəqin üstündəki Azərbaycan vətəndaşı sözü ilə fəxr edən səfehlərini tanıyıram.Halbuki m... Ardını oxu>>
|
Eh qadınnn! Dilimin belə gücü çatmır adını tələfüz etməyə. 5 hərfə sığdıra bilmirəm ağırlığını, ədalətsizcəsinə n-ya yüklənirəm! Sən həmişə bədbəxtsən! Bu gecə sənə görə bolluca ağladım, qadın! Əlindəki çatların bəxtin kimi qaralığına, dərinliyinə, sığala gəlməyən qıvrım uzun saçlarına, gözlərindəki dərdə hönkürdüm!...... İstedadsızlığıma bağışla məni, səni yaza bilmədim........
|
Roman qoyacağam adını Yazacağam səni sətir-sətir gözlərimin önündə böyüyəcəksən sən mənim romanım olacaqsan kədərini sevincini körpəykən sevdiyin, qoynunda ovunduğun ananı çiyinlərinlə necə ovutduğunu yazacağam Sən mənim bitirə bilməyəcəyim Romanim olacaqsan. Doğumunla başlayıb, Ölümümlə yarım qalan Romanım......
|
Badə qaldırdılar
Mənim şərəfimə
Arzular dedilər...
əllərində şərab Allaha yalvardılar
|
Of, necə kədərli gecədir, dost
Darıxıram,ağlayıram,düşünürəm
İlk dəfə
bu qədər işin hamısını eyni anda görürəm
yoruluram...
Bir qurtum çayla
Böyük bir
Şokolat parçası yeyirəm
|
(Şahmat fiqurlarının düzülüşü: top,at,fil,vəzir,şah,fil,at,top. Qarşıda da 8 piyada. Oyuna ağlar başlayır.Adətən şahın qarşısındakı piyada 2 xana irəli gəlməklə başlayır oyun)
-Mələk,bu nə sir-sifətdi səhər-səhər? -Qanım qaralıb... -Onu sənə baxan kimi bilmək olur sən niyəsini de görək. -Dünən şahmat oynayırdım uda bilmədim... -Uduzdun? -Yox uduza da bilmədim. Heç-heçə oldu -Hmm...Hələ uduzmamsan bu sifətdəsən... ... Ardını oxu>>
|
Bir Hindu tanıyıram. Qara,arıq...O qədər arıq ki,qabırğalarını belə saymaq olur asanlıqla. Əyninə yarpaqlardan düzəlmiş paltar geyinir.Əlində çubuq gəzdirir...Bu onun xarici görünüşüdür... Daxili isə bambaşqadır tanışımın.Yaşadığı cəngəlliklərdən fərqli olaraq bapbalaca, sakit səliqəli ürəyində saxladığı bir dünyası var.Sağ əlini həmişə yumruğu boyda olan dünyasının məkanında-ürəyinin üstündə saxlayır.Qoruyur onu vəhşilərdən... Bu Hindu sevmir... Ardını oxu>>
|
|
 |