Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA səhife » 2009 » Oktyabr » 15
Növbeti “olmaz”, növbəti “qadağa”.Bu qadağalarla razılaşmaq məburiyyətim,zəifliyim.Və zəifliyimə görə aldığım təşəkkür,(ağıllı qızdır,deyilənlə razılaşır) tərif payım. Cavab olaraq süni təbəssümüm...Bax,insanlığın iyrəncliyi budur.Eşşək adlandırılan adamlar xoşbəxt insanlardı məncə.Xüsusi hörmətim var bu heyvanlara.Çünki,palcığa girmək istəyəndə mütləq girirlər...
Baxılıb: 642 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009


Bu gecə özümə yeni bir dünya qurdum yuxumda. Qıpqırmızı,göz qamaşdıran dünya! İnsanları da özü kimi fərqli idi dünyamın.Onlar danışa bilmirdilər gözlərindən anlayırdilar bir-birlərini. Ona görə də yalansız idi dünyam.Gözlər, qəlbin aynasıdır qəlb isə yalan deməz heç vaxt!
Dünyamda bir-birinə sevgi ilə baxan gözlər,məhəbbətlə döyünən ürəklər də vardı. Xəyanətsiz idi dünyam!
İsinmək üçün məkan,ocaq axtarmırdı insanlar. Hamı məhəbbəti,baxışları ilə isidirdi bir-birini. Xoşbəxt idi dünyamın insanları ancaq,mən ... Ardını oxu>>
Baxılıb: 774 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (5)


Məktub yazıram ancaq nə ünvanı, nə də istiqaməti bəllidir...Yox, fikrimi dəyişdim.Məktubu yola salmaq çətin məsələdir bir az, mən də ki,çətinlikdən qorxuram həmişə. Daha asan bir yol da olmalıdır. Aha, tapdım. Elektron poçt- bu, daha asandır...
Menevizayollayın@qaçmaqisteyirem.com... ... Ardını oxu>>
Baxılıb: 702 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (5)

Bir neçə il bundan əvvəl ailəmizlə birgə istirahət edirdik.Elə yenicə nahara başlamışdıq ki,uzaqdan aşıq,saz səsi gəldi.Anam aşıq musiqisinin vurğunu olduğu üçün diqqətlə qulaq asmağa başladı.Az sonra səs yaxınlaşdı. Nəhayət ki, aşıq masamızın qarşısındaydı.Başladı çalıb oxumağa,oynamağa, sözü-sözə,musiqini musiqiyə calamağa. Amma mən heç nə başa düşmürdüm.Aşığın oxuduqlarına sadəcə gülürdüm.Anamın mənə acıqlanmasına da məhəl qoymurdum. Bu, mənimçün yalnız parodiya edib gülməyə bir material idi. Aşıq gördü ki, mən elə h ... Ardını oxu>>
Baxılıb: 884 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (1)

Yadımdadır,beşinci sinifdə oxuyurdum. “Ata yurdu” kitabını maraqsız oxuyurdum. Çünki, orda yazılanların çoxunu başa düşmürdüm,eləcə əzbərləyirdim.Ona görə də anam hər dərsi cümlə-cümlə,kəlmə-kəlmə mənə izah edirdi ki,oxuduğumu dərk edim. Dərk edim və birdəfəlik beynmə,qəlbimə,yaddaşıma həkk edim.Albaniyanı,Mannanı,Midiyanı,urartunu,Urmiyanı,Dəmirqapı Dərbəndi,Göyçəni,Borçalını,Xəzəri,Kürü,Arazı,Göy gölü,Maral Gölü,Alagözü,Qafqazı,Savalanı,Şah dağı,Baba dağı,Kəpəzi... Daha nələri,nələri...

Daha yaxşı yadımda qalsı ... Ardını oxu>>
Baxılıb: 1186 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (0)

Bu gün qarşılaşdım bu cümlə ilə…
Bacımla bərabər nənəmgilə getmişdik.Nənəm adəti üzrə bizi görən kimi ard-arda qoşdu gözəl sözləri,əzizləmələri…”Balalarıma qurban olum,iki cüt sonam gəlib,anam,bacım gəlib, -deyib bağrına basdı bizi.Sevincindən gah gözü doldu,gah güldü.Tələsik evin o baş,bu başına gedib əlinə keçəndən,gözünə görünəndən süfrəyə düzdü. Ordan-burdan bir az söhbət etdik…
Sonra nənəm birdən ayağa qalxdı,anamın kitablarını saxladığı otaqdan qəzetlə dolu olan köhnə bir qutu gətirdi…İçindən saralmış qəze ... Ardını oxu>>
Baxılıb: 621 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (0)

Bütün uşaqlar kimi mən də çox sevirdim nağılları. Elə indi də sevirəm. Çünki həmişə yaxşı olur sonluqları.Çox vaxt nağıl qəhrəmanlarının yerində hiss edirdim özümü…Doğurdan da, çox xoş gəlir adama.İstəsən yox olursan,istəsən uçursan,istəsən qaçırsan...Çox maraqlıdı.Nə olursa,olsun sonda haqq- ədalət yerini tapır,sevənlər qovuşur,pis qüvvələr məhv olur…daha nələr,nələr…Əladı, ancaq təəssüf ki, nağıldı…
Ən çox sevdiyim nağıl “Qırmızıpapaq”nağılı olub.Canavar Qırmızıpapağı udanda şükür edirdim bunun nağıl olduğuna,çünk ... Ardını oxu>>
Baxılıb: 857 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (0)

Bəzilərinə məlhəm,bəzilərinə kədər,bəzilərinə sevinc bəxş edən,bəzilərinə səbr etməyi,bəzilərinə tələsməyi, bəzilərinə yalanı,bəzilərinə dürüstlüyü…daha nələri,nələri öyrədən,hər şeyi öz ardıyca çəkib aparan axındı, zaman!...
Nədənsə ziddiyyətlidir zaman barədə fikirlərim.Bəzən dost,bəzən düşməndir zaman insanlara…Hələ ki,dostdur mənimlə çünki, gəncliyə doğru aparır məni. Ancaq əminəm ki, qocalanda deməyəcəyəm bu sözləri çünki, onda düşmən olacağam əllərimi,üzümü qırışdıran,gözlərimi,qulaqlarımı zəiflədən, məni ölüm ... Ardını oxu>>
Baxılıb: 700 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009

Məndən sizə bir ömürlük xatirə,
Sizdən mənə nə qalacaq bilmirəm...


Deyirlər ki,zaman hər şeyi unutdurur.Bəzən bu fikirlə razılaşmıram. Çünki, həyatda heç vaxt unudulmayan anlar,heç vaxt unudulmayan insanlar da olur.Unutmayacağım anlarım məktəb illərim,unutmayacağım insanlarsa sizlərsiniz ,əziz müəllimlərim.
İstərdim ki,məni həmişə yaxşı xatırlayasınız. Necə varamsa, eləcə...
Hərdən tərsliyim,hərdən şıltaqlığım,hərdən də şirinliyimlə...B ... Ardını oxu>>
Baxılıb: 993 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (2)


Həmişə hamı gileylənir mənim tələskənliyimdən,səbirsizliyimdən…Irad tuturlar bunu mənə. Danlaq yerim olub həmişə… Mən elə lap əvvəldən dünyaya gələndə tələsmişəm, 2 ay tez gəlmişəm dünyaya.Onda nə biləydim ki,bu dünyanın elə özü boyda dərdi varmış.Anadan olandan iki əli yaxamdadı. Söz dünyaya gəlməkdən düşmüşkən, bir şeyi etiraf edim. Deyirlər, anadan olanda o qədər çirkin olmuşam ki,anam hamıdan gizlədirmiş məni. Ta 3-4 aylıq olana qədər… Sonra Allahın yazığı gəlib, gözəllik suyu çəkib üzümə bir az. İndi isə hamıya ... Ardını oxu>>
Baxılıb: 684 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (1)

Bəzən dəli olmaq istəyirəm…Ən azından özümü dəli kimi aparıb istədiyim hər şeyi etmək istəyirəm.Pozmaq istəyirəm bütün qayda-qanunları.Azadlıq istəyirəm…Küçə boyu qışqıraraq gəzmək,doyunca gülmək…bəzən də insanları incitmək istəyirəm.
İndi gecədir…mənasız,darıxdırıcı yay gecəsi…Çölə çıxmaq, gəzmək,gəzmək, yorulub əldən düşüncəyə qədər qaçmaq istəyirəm.Ancaq edə bilmərəm! Gecə vaxtı qız uşağının küçədə nə işi var axı? Amma dəli olsaydım çox rahatlıqla edərdim bunu.Onsuz da heç kəs fikir ... Ardını oxu>>
Baxılıb: 677 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (1)

Aminin dünyaya gəlişi təkcə bir ailəni yox,çoxlarını sevindirmişdi.Dünyaya qüsurlu gəlməsi belə azaltmadı doğmalarının ona qarşı olan sevgisini.Əksinə...
Uşaqlıqdan çox dəcəl,şıltaq olub Amin...Orta məktəbdə oxuduğu dövrlərdə savadı,istedadı ilə seçilib həmişə. Sözün əsl mənasıda istedadlı idi... Gözəl piano çalmaq bacarığı, qələmi vardı Aminin...Ən əsası da həssas, daim sevgi ilə döyünən qəlbi vardı.Evin yeganə,ərköyün uşağı idi...ancaq,bu ərköyünlük uzun çəkmədi.Ata qayğısına daha çox ehtiyacı olan bir vaxtda atas ... Ardını oxu>>
Baxılıb: 837 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (1)

Bir az bundan əvvəl belə bir söz oxumuşdum hardasa...”Allahım sən məni dostumdan qoru düşmənimlə öxüm də bacararam...”nədənsə dəftərimin üz qabığına köçürdüm bu cümləni.Bilmirəm bəlkə də,ağlım kəsəndən bu yana böyüklərimin,anamın,nənəminmənə tez-tez tutduğu iradlar,verdikləri nəsihətlərdir bu sözləri mənə bu qədər yaxın edən. Çünki dost seçimində yanılmışam çox vaxt. Doğru dostluq qərəzsiz olar deyib atalar.Təəssüf ki, qərəzli oldu dostluqlarım çox zaman...Məqsədli dostluğun sonu puç olur. Bəlkə elə buna görə də,yaşımın ... Ardını oxu>>
Baxılıb: 987 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009 | Şərhlər (0)