Dünyaya gəlməmişdən bir az əvvəl idi...Yaz ayları idi səhv etmirəmsə.Mən hələ yerə enməmişdim mələklərlə bərabər göydən seyr edirdim dünyanı.Çox gözəl görünürdü...Canlıların əşrəfi insandır deyirlər.Odur ki,insan olmağa tələsdim.Və nəhayət tərk etdim səmanı,soyundum mələk paltarımı yerə endim.İnsan oldum.
Doğulanda həkimlər də anlamışdılar mələk olduğumu bəyaza bükmüşdülər məni.Digər uşaqlardan fərqli olaraq ağlamamışdım da. Çünki,özüm tələsmişdim dünyaya gəlməyə.Mənə,atamın nənəsinin-dünyasını yenicə dəyişən qarının adını qoymaq istədilər.Etira
...
Ardını oxu>>