Xəbər arxivi - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Fevral 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
272829

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA səhife » Xəbər arxivi
- Şəklimi çək,nənəmə göndərəcəm.
 
-Hazır ol çəkirəm...
 
-Yoox,alınmadı... Birdə...
 
-Aha,əla! Doğru... Ardını oxu>>
Baxılıb: 224 | Əlavə etdi: Narmin | Tarix: 14.03.2010 | Şərhlər (1)

Bu gecə musiqi olacağam
Hər yeri musiqi görüb,
musiqi ilə nəfəs alacağam
ancaq musiqi eşidəcəyəm.
Gecəmə, Bedhovenin
"Moonlight”-i ilə başlayacağam
Baxılıb: 197 | Əlavə etdi: Narmin | Tarix: 07.03.2010 | Şərhlər (0)

Atasiının cənazəsi dalınca
Qaçan qızın,
qışqırığına belə məhəl qoymadan
apardılar onu.
Apardılar
tezkən qara torpağa qoyub
Baxılıb: 206 | Əlavə etdi: Narmin | Tarix: 07.03.2010 | Şərhlər (2)

Bacarmadığım işləri görəndə 

Həzz alıram

Çünki,o işi bacarmadığımı 

bir daha görürəm

Əminliyi sevirəm.

Sonra baxıb bir xeyli gülürəm

gülüb mənlik deyilmiş

deyirəm...

İndi də bacarmadığım

bir işıə məşğulam...

Şeir yazıram 
... Ardını oxu>>

Baxılıb: 211 | Əlavə etdi: Narmin | Tarix: 02.03.2010 | Şərhlər (1)


…Metronun çıxışındakı " Super market” -in alverçiləri səslərini kökləyib sıraya düzülmüşdülər yenə. Birinci sırada limon satan xala dayanmışdı. 8 Oktava səsi olan bu xala "Lonkaran limonu vooor” deyib elə qışqırırdı ki, ordan keçincə kar olmamaq üçün adam ac qarına bütün limonları alıb yemək istəyirdi lap. Çətinliklə bu xaladan uzaqlaşa bildim. Bir az qabaqda bir oğlan da elə qışqırırdı ki, "Ləpədən qalmadı” -deyə yanındakı böyük,dolu kisələri görməsəydim az qala inanacaqdım səhər tezdən ham... Ardını oxu>>
Pərçim: Sekil 1
Baxılıb: 230 | Əlavə etdi: Narmin | Tarix: 23.02.2010 | Şərhlər (4)

 Küləkli,dumanlı,tozlu zahirən gözəl,gözəl olduğu qədər də miskin,pinti Bakını dolaşmağa çıxdım bu gün. Ancaq həmişəkindən fərqli şəkildə.Nə tələbə,nə gənc qız,nə də ki,gənc yazar kimi.Sadəcə bir vətəndaş kimi...
Yolumu metrodan başladım.Əllərində qəpik mübarizə,hətta müharibə aparan qocalar , o tünlükdə bir-biriylə,”xoş” zarafat edən tələbələr qarşıladı məni. Böyük çətinlikdən sonra nəhayət ki,ekskalatora çatıb pilləkənlərin üstündə dayanmaq mənə də nəsib oldu.Düzü bir az canım qurtardı d... Ardını oxu>>
Pərçim: Sekil 1
Baxılıb: 209 | Əlavə etdi: Narmin | Tarix: 22.02.2010 | Şərhlər (3)



  Məhləmizdə qara, qoca bir pişik vardı. Az qala mənimlə yaşıd olan sevmədiyim bu heyvan son vaxtlar gec-gec dəyirdi gözümə. Uşaqlıqdan qara pişik uğursuzluq gətirir deyə həkk olmuşdu beynimə. Ona görə də bu pişiyi görəndə etdiyim ən normal hərəkət üstündən hoppanıb keçmək olurdu. Sonuncu dəfə pişiklə qarşılaşanda çox tələsirdim. Həmişəki kimi binanın qarşısında dayanmışdı. Bu tələskənlikdə yolumu kəsən uğursuz pişiyə təpik vurmaq keçdi ürəyimdən. Ancaq nədənsə etmədim. Əksinə...Qaça-qaça ye... Ardını oxu>>

Pərçim: Sekil 1
Baxılıb: 238 | Əlavə etdi: Narmin | Tarix: 15.02.2010 | Şərhlər (4)

əyalət uşağı kimi doğuldum mən də 

nənəmin bəslədiyi cücələri

boğub da bir-bir

günahı pişiyin üstünə atanda

... Ardını oxu>>

Baxılıb: 225 | Əlavə etdi: Narmin | Tarix: 13.02.2010 | Şərhlər (1)

   Qız uzun,bir-birinə dolaşan dalğalı,şişkin,saçlarını 3 hissəyə ayırdı.Sonra hörməyə başladı.İlahi,bu mənasız saçlar necə gözəl,necə səliqəli görünürdü hörükle.İlk baxışdan adi görünən bu hörük çox düşündürdü məni.Bütün dolaşıq,qarışıq,səliqəsiz,lazımlı,lazımsız fikirlərimi bir araya toplayıb hörmək qərarına gəldim mən də.
  3 hissəyə ayırdım. Dost tanışlarımı bir,tanımadığım,sevmədiklərimi bir yerə yığdım.Bir tərəfdə isə özüm dayandım.Sonra hörməyə başladım.Sağdakıları sold... Ardını oxu>>
Pərçim: Sekil 1
Baxılıb: 475 | Əlavə etdi: Narmin | Tarix: 25.01.2010 | Şərhlər (2)


   Cibimdən xəbəri olmayan dilənçi əlini mənə uzatdı.Ümüdlə gözlərimə baxıb kömək gözləyirdi.Son qəpiyimi,daha doğrusu evə getməkçün son ümüdümü ona verməli oldum. Beləcə uzun bir yolu ayaqla getmək məcburiyyətində qaldım və getdim...

Dilənçiyə pul vermək savab işdi deyirlər ancaq bu dəfə əksinə oldu dilənçi məndən pul almaqla savaba batdı.Çünki,mənə düşünməkçün zama... Ardını oxu>>

Baxılıb: 295 | Əlavə etdi: Narmin | Tarix: 18.01.2010 | Şərhlər (4)

« 1 2 3 4 5 6 »