Ayrılığın gileyi... (oçerk) - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Ayrılığın gileyi... (oçerk)
16:08
Ayrılığın gileyi... (oçerk)
Aminin dünyaya gəlişi təkcə bir ailəni yox,çoxlarını sevindirmişdi.Dünyaya qüsurlu gəlməsi belə azaltmadı doğmalarının ona qarşı olan sevgisini.Əksinə...
Uşaqlıqdan çox dəcəl,şıltaq olub Amin...Orta məktəbdə oxuduğu dövrlərdə savadı,istedadı ilə seçilib həmişə. Sözün əsl mənasıda istedadlı idi... Gözəl piano çalmaq bacarığı, qələmi vardı Aminin...Ən əsası da həssas, daim sevgi ilə döyünən qəlbi vardı.Evin yeganə,ərköyün uşağı idi...ancaq,bu ərköyünlük uzun çəkmədi.Ata qayğısına daha çox ehtiyacı olan bir vaxtda atasını itirdi.Və bu ağır yük,ağır dərd gənc ikən qocaltdı onu...
Atamı itirib qalmışam tənha,
Bu dərdə,kədərə tabım yox daha.
Çıxmaq istəmirəm sənsiz sabaha,
Məni atıb getmə gözümün nuru!
Günlərin bir günü Amin evlənir xəbəri eşidildi.Çoxdandı gülüş,sevinc səsi gəlməyən evdə yenidən canlanma başladı.İlahi,hamı necə maraqla gözləyirdi o günü...
Mən gedə bilməmişdim Aminin toyuna. Möhkəm xəstələnmişdim.Çox heyfislənmişdim orda olmadığıma.Axı,hamı kimi mənim də arzum idi Aminin toyunda doyunca oynamaq...Ancaq toyundan 12 gün sonra,Aminin ölüm xəbərini eşidəndə o toya getmədiyimə şükür etdim. Çünki bu dərdə dözmək çətin olardı mənimçün...

Mən yazıram bu dünyanın
Həm yaxşısın,həm də pisin.
Yazıq kasıb dərddən ölür
Dünya görür öz işin
Çirkinləşib bu kainat,
Gün dəyişib görünüşün
Bir cavan dəliqanlıyam
Mən Aminəm, Şirvanlıyam...
Deyən bu gənc 23 yaşında dəyişdi dünyasını.Qapılarında bağlanan qırmızı lentin yanına qara lent də əlavə olundu...
Toy mağarı sökülmədi,xonçalar açılmadı, gülləri solmadı. Başıdaşlı gəlinciyəzin xınası barmaqlarından getməmiş qara yaylıq atdılar başına.Pis yuxu görürmüş kimi xoşbəxtliyi gözündə dondu bədbəxtin.
Şeirlərində atasını qınayardı Amin anasını gözüyaşlı qoyduğu üçün ancaq ən böük dərdi özü verdi anasına.Elə bil əvvəlcədən hiss etmişdi bunu...
Onsuz da bu dünya mənə dərd olub
Könlümün təzə-tər çiçəyi solub.
Ürəyim kədərlə,ağrıyla dolub
Barı sən ağlama,ağlama, ana!

Amin, şeirlərində həmişə gileylənərdin vəfasızlıqdan,tənhalıqdan.Özün də vəfasız oldun axı...Sevincimizi,gülüşümüzü dodaqlarımızda dondurdun...İndi anan tənha məhlədə balası səyyadın toruna düşən ahu kimi mələyir. Məzarlıqda 2 məzar arasında layla çalan,şəkillərinə yalvaran,paltarlarını qoxlayan,şeirlərini gündə neçə kərə Quran ayəsi kimi əzbərləyən anana rəhmin gəlmirmi? Yox,sən belə insafsız deyilsən axı! Mən nə deyim sənin qəlbini,ruhunu,cismini daşa döndərən zalım fələyə?!
Ən böyük arzun idi kitab çap etmək.İndi əlimdə sənin şeir kitabın var. Ancaq təəssüf ki, bu kitabı mənə sən özün hədiyyə etmədin...





Baxılıb: 332 | Əlavə etdi: Narmin | Teqlər: oçerk | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 Gunay   (23.11.2009 00:57)
Allah Rehmet elesin,Amine

Adınız *:
Email:
Tehlukesizlik kodu *: