Danışmalıyıq, Azərbaycan! - 17 Августа 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Avqust 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Avqust » 17 » Danışmalıyıq, Azərbaycan!
18:14
Danışmalıyıq, Azərbaycan!
Yox, belə olmaz...
Danışmalıyıq, Azərbaycan!
Sənə böyük hörmətim var. Ona görə də nə anam, nə bacım nə də canım sözlərini qoşmayacam adının yanına. Kişilər bir-birini söyəndə anadan, bacıdan başlayırlar. Söydürməyəcəm səni. Canımda da ki, səni daşıya biləcək qədər güc yoxdu. İcazə ver səni eləcə adınla çağırım. Belə daha möhtəşəm olursan!
Yalnışlıqılarla dolusan, Vətənim. Şəxsiyyətini təsdiqləyən vərəqin üstündəki Azərbaycan vətəndaşı sözü ilə fəxr edən səfehlərini tanıyıram.Halbuki mən utanıram o sözə görə.Vətəndaş sözündəki "daş” –ın onların insanlığından xəbər verdiyini düşünür yazıqlar. Qanmırlar ki, daş ölüdü, cansızdı, ağırdı, mənasızdı. Cansız isimdən canlı isim düzəldən şəkilçinin "çı” olduğunu təkcə mənmi bilirəm bu məmləkətdə? Sənin vətəndaşın olmaq istəmirəm,vətənçin olmaq istəyirəm.
Bədbəxtsən, Vətənim! Azərbaycan deyəndə ağzından od-alov tökülən yekəqarın, yoğunboğaz kişilərin səni qarış-qarış satır, qanını zəhərləyir, ilan kimi sancırlar. Ayağındakı ilan zəhərini çartlaq dodağınla sovurub çıxarmaq istəyirsən sonra dodağından birdə zəhərlənirsən.
Bilirəm səni niyə incidirlər. Çünki sən gözəl qadına bənzəyirsən.Kişilər sənin uğrunda mübarizə aparır.Qadınları da ziyan verirlər ərlərinin ağlını başından alan gözələ. Çirkin olasan deyə üstünə atırlar yedikləri qarpızın qabığını. Xəzər gözlərinə atırlar əllərindəki zibili. Sinəni bağla, qurban olum. Gözlərini çəksinlər səndən.
Bezmişəm, Vətənim! Dünyanın sənə, hakimiyyətinin insanlara, ataların övladlara kəf gəlməsindən bezmişəm. Adətlərinin mühavizəkarlığından, qadınlarının lənətlənməsindən, vətəndaşlarının süniliyindən,ədalətsizliklərdən bezmişəm. Burax gedim...


Baxılıb: 125 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 2
0  
2 DuYaRLı   (22.11.2010 14:41)
Çooox gözəl...

+1  
1 Shair_ruhu   (24.08.2010 02:18)
hmm,maraqli monoloqdu... tebrikler,senin ureyin var:)
Cavab: Tesekkur)

Adınız *:
Email:
Tehlukesizlik kodu *: