Dəli olmaq istəyirəm... - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Dəli olmaq istəyirəm...
16:16
Dəli olmaq istəyirəm...
Bəzən dəli olmaq istəyirəm…Ən azından özümü dəli kimi aparıb istədiyim hər şeyi etmək istəyirəm.Pozmaq istəyirəm bütün qayda-qanunları.Azadlıq istəyirəm…Küçə boyu qışqıraraq gəzmək,doyunca gülmək…bəzən də insanları incitmək istəyirəm.
İndi gecədir…mənasız,darıxdırıcı yay gecəsi…Çölə çıxmaq, gəzmək,gəzmək, yorulub əldən düşüncəyə qədər qaçmaq istəyirəm.Ancaq edə bilmərəm! Gecə vaxtı qız uşağının küçədə nə işi var axı? Amma dəli olsaydım çox rahatlıqla edərdim bunu.Onsuz da heç kəs fikir verməyəcəkdi dəlidir deyəcəkdilər…Bəlkə baxmayacaqdılar da nə etdiyimə.Qarışmayacaqdılar hər işimə...
Atalar boş yerə deməyib ki,”Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər. Adicə bir sınaq aparaq.Səki ilə normal yol getsəm,heç kəs sezməz məni...yaxud da,yasil işıqda yolu keçsəm...yaşlı qadınlar öldürər özlərini,uşaqlar yumar gözlərini.(Bir lətifə yadıma düşdü:kim deyir ki,yaşıl işıqda yolu keçməzlər rəhmətlik keçərdi) nə isə...
Bəzən anamı hirsləndirəndə Allah sənə özün kimi övlad qismət etsin deyir. Aman, ALLAH qorusun! Özüm kimi qızım olsa şəksiz-şübhəsiz öldürərdim onu.Öldürmək demişkən,bildiyimə görə həbs etmirlər dəliləri, hətta adam öldürsələr də...Bu da bir qayğı dəlilərə konstitusiyamız tərəfindən. Bir dostumun dediyi kimi.
                                          Ağlım başımda olsa
                                          Ağlıma çox şey gələr
                                          Neyləyim ağlıma yox,
                                          Başıma çox şey gəlir.
                                          Ağlıma gəlməyən də,
                                          İndi başıma gəlir....




Baxılıb: 225 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 Xəyalə   (22.11.2010 11:48)
Özüm kimi qızım olsa şəksiz-şübhəsiz öldürərdim onu.

Görəsən niyə?


Adınız *:
Email:
Tehlukesizlik kodu *: