Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Elə hey tələsdim…
|
Həmişə hamı gileylənir mənim tələskənliyimdən,səbirsizliyimdən…Irad tuturlar bunu mənə. Danlaq yerim olub həmişə… Mən elə lap əvvəldən dünyaya gələndə tələsmişəm, 2 ay tez gəlmişəm dünyaya.Onda nə biləydim ki,bu dünyanın elə özü boyda dərdi varmış.Anadan olandan iki əli yaxamdadı. Söz dünyaya gəlməkdən düşmüşkən, bir şeyi etiraf edim. Deyirlər, anadan olanda o qədər çirkin olmuşam ki,anam hamıdan gizlədirmiş məni. Ta 3-4 aylıq olana qədər… Sonra Allahın yazığı gəlib, gözəllik suyu çəkib üzümə bir az. İndi isə hamıya, “Nərmin özümə oxşayır” -deyir anam…Nə isə… Yadımdadır, məndən böyük bacımı məktəbə,məni isə bağçaya göndərirdilər hər səhər. Dərsdən gələn bacıma ilk sualım belə olardı: -“Məktəbdə də günorta yatızdırırlar sizi?” “Orda da sizə şorba içizdirirlər?” -“Yox”- cavabını eşidən kimi məktəbə getməyə tələsdim. Axır ki, çatdım arzuma, məktəbə də vaxtından tez getdim…İlahi, necə çətinliklə öyrəndim böyük “A” yazmağı.Müəllimə yazana oxşamır deyib o qədər ağlayırdım ki, atam yazırdı “A”ları mənim əvəzimə.Nağılların bir əvvəlini, bir də sonunu oxuyardım.Ortasını oxumağa hövsələm çatmazdı,özümdən uydurardım. 3-cü sinifdə oxuyanda Musiqi məktəbinə getdim. 7 illik məktəbi 5-cə ilə bitirdim.Elə hey tələsdim… Orta məktəbi də vaxtından bir gün tez bitirdim.”Son Zəng”imiz bazar gününə düşdüyü üçün bir gün əvvələ keçirildi. 30 mayda vidalaşdım məktəblə. Bilmirəm bu təsadüf idi, yoxsa, tələsmək mənim alnıma yazılıb. Dünyaya tez gəlməkdən,məktəbə tez gedib tez bitirməkdən eybi yoxdu. Təki dünyadan getmək üçün tələsməyim! Höte demişkən”Dayan,ey anım,sən gözəlsən!”
|
|
Baxılıb: 240 |
Əlavə etdi: Narmin
| Reytinq: 5.0/1 |
| Şərhlər: 1 | |
0 1
Orxan (23.11.2009 00:56)
Nemis, bu cumle cox xosuma geldi.Deyirlər, anadan olanda o qədər çirkin olmuşam ki,anam hamıdan gizlədirmiş məni. Ta 3-4 aylıq olana qədər… Sonra Allahın yazığı gəlib, gözəllik suyu çəkib üzümə bir az. İndi isə hamıya, “Nərmin özümə oxşayır” -deyir anam…Nə isə…
|
|
|
|
|
 |