Etiraz - 23 Февраля 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Fevral 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 0
Qeydiyyatsız 0
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Fevral » 23 » Etiraz
12:45
Etiraz

…Metronun çıxışındakı " Super market” -in alverçiləri səslərini kökləyib sıraya düzülmüşdülər yenə. Birinci sırada limon satan xala dayanmışdı. 8 Oktava səsi olan bu xala "Lonkaran limonu vooor” deyib elə qışqırırdı ki, ordan keçincə kar olmamaq üçün adam ac qarına bütün limonları alıb yemək istəyirdi lap. Çətinliklə bu xaladan uzaqlaşa bildim. Bir az qabaqda bir oğlan da elə qışqırırdı ki, "Ləpədən qalmadı” -deyə yanındakı böyük,dolu kisələri görməsəydim az qala inanacaqdım səhər tezdən hamının ləpə aldığına. Beləcə, gözəl məlahətli səsləri dinləyə-dinləyə yoluma davam edirdim. Bir az gedəndən sonra səsin kəsilməsi diqqətimi çəkdi.Yəqin kimsə boğazını yaşlayır deyə düşündüm. Ehmallıca , hər an bir qışqırtı eşidəcək kimi qorxa-qorxa asta addımlarla irəliləyirdim.Ancaq səssizlik diqqətimi cox çəkdiyi üçün sağa çevrilib baxdım.Orta yaşlı,ziyalı,nurani sifətli bir kişi gördüm. Qucağındakı corab cığarasından möhkəmcə yapışıb balaca bir daşın üstündə oturmuşdu. Üzündə burda oturduğu üçün utanan bir ifadə vardı elə bil. 
...Dərsə tələsdiyim növbəti gün idi. Elə güclü yağış yağırdı ki,göz qırpmağa da imkan yox idi. Metrodan çıxıb islanmamaq üçün var gücümlə qaçırdım. Bu gün xalanın da, digərlərinin də səsini elə kəsmişdi ki, yağış...Bir az irəliyə getdikdə isə qulağıma tanış olmayan bir səs gəlirdi. "Qalin,yun corab var coraaaaab” – deyə var gücü ilə qışqıran kişi səsi. Bir az yaxınlaşdım.Hə tanıdım...Bu o idi. O nurani simalı kişi.Başına cığara keçirib yağışın altında dayanmışdı. Maraqlısı da o idi ki, ətrafda heç kimin olmadığını görə-görə qışqırırdı. Elə bil kimdənsə qisas alırdı,nəyəsə etiraz edirdi. Qeyri ixtiyari ona yaxınlaşdım.Elə bunu gözləyirmiş kimi " Bir manatdı qızım qalın,yun corabdı”.- dedi. Yağışda islanmış əlimi çətinlilə cibimə salıb bir manat pul çıxarıb ona verdim. O da mənə əvəzində qara bir corab verdi... Bu səhnə gözümün qabağına pərdə kimi çəkildi. Gün ərzində ondan başqa heç nə düşünə bilmirdim. Qayıdanda yağış bir az səngimişdi ancaq, kişi orda deyildi. Getmişdi. O günün səhəri evdən çıxanda sağ cibimə bir manat pul ayırıb qoydum corab almaqçün. Amma o kişini yenə orda görmədim...
...Onunçün ayırdığım manat bir neçə gün cibimdə qaldı.
Bu gün evdən çıxanda düşünmədən həmin manatı marşurut sürücüsünə uzatdım.Manatımı dəmir parçaları edib özümə qaytardı. Birini metroya, birini dilənçiyə... verdim. Metrodan çıxanda gözlərimə inanmadım. Kişi qucağında qara corab cığarası ilə yenə də sakit oturmuşdu.Rəngi daha solğun bənizi daha kədərli. Anladım ki, o yağışlı gündəki etiraz ona baha başa gəlmişdi. Ancaq üzündəki narazılıq ifadəsini görəndə ürəyini boşaltmaq üçün səbirsizlikə növbəti yağışı gözlədiyi də aydın görünürdü...

Прикрепления: Sekil 1
Baxılıb: 231 | Əlavə etdi: Narmin | Reytinq: 5.0/2
Şərhlər: 4
0  
4 Shair_ruhu   (24.08.2010 23:27)
bax,yene teleskenlik:)

0  
3 Lamiye   (30.07.2010 13:47)
Her wey gozeldi ama "Lonkaran limonu vooor” qismi))))))

0  
2 Rüfət Əhmədzadə   (04.04.2010 23:38)
Yəqin, daha ondan corab alan yox idi. Axı qışqırana pəpə yoxdur)) ama, pis deyil, "Neft Strategiyası" kitabı ilə müayisədə şedevrdir)))
Cavab: menim yazilarimi ele menasiz eserlerle muzakire etme zehmet olmasa))

0  
1 Ayla   (23.02.2010 15:23)
Evvelini oxuyanda gulumsedim bir xeyli.Ancaq inan ki sonuna yaxin kovreldim. Cox gozel ela bilmirem basqa ne deyim pakize!!! Ugurlar
Cavab: SAg ol,Ayla

Adınız *:
Email:
Tehlukesizlik kodu *: