Gəl yanıma, balaca - 17 Августа 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Avqust 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Avqust » 17 » Gəl yanıma, balaca
19:06
Gəl yanıma, balaca
Mən də sənin kimi gülə-gülə qaçırdım,
bu balaca parkda.
Hərdən yıxılıb dodaq da büzürdüm,
balaca qız...
eynən sənin kimi.
Mənim də anam bax beləcə
Arxanca qaçırdı,
yıxılmayım deyə.
Əlindəki gəlincikdən mənim də vardı, körpə
Saçlarını yolardım onun eynən sənin kimi...
Hə, balaca sənin kimi ağlağandım,
İnadkardım
Bax, o qıza baxdığın kimi,
mən də baxardım uzunsaç qızlara
tez böyümək istərdim, tez...
Ancaq indi...
Bu parkda gülə-gülə qaçmaq,
Hərdən də yıxılıb dodaq büzmək
Şansım yoxdu.
Böyümüşəm artıq, körpə.
Məhdudlaşıb, mənasızlaşmışam
Daha gəlinciyim də yoxdu.
Olsa da canlı olacaq, incidə bilməyəcəm.
Saclarından tutub, sənin kimi yerlə sürüyə bilməyəcəm
Ancaq sığallaya biləcəm canlı gəlinciyimi.
Artıq sənin kimi ağlaya da bilmirəm, körpə
İndi göz yaşlarım çox duzludu
Göynədir yanağımı
Çarəsizlikdən dişlədiyim dodağımı
Saçlarımsa qısadır
Sənin baxıb həsəd aparmayacağın qədər qısa,
Gəl yanıma, balaca...
Baxılıb: 229 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 0
Adınız *:
Email:
Tehlukesizlik kodu *: