Teqvim| « Aprel 2010 » | | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. | B. | | | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 |
Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Aprel » 4 » Hindunun portreti
|
Bir Hindu tanıyıram. Qara,arıq...O qədər arıq ki,qabırğalarını belə saymaq olur asanlıqla. Əyninə yarpaqlardan düzəlmiş paltar geyinir.Əlində çubuq gəzdirir...Bu onun xarici görünüşüdür... Daxili isə bambaşqadır tanışımın.Yaşadığı cəngəlliklərdən fərqli olaraq bapbalaca, sakit səliqəli ürəyində saxladığı bir dünyası var.Sağ əlini həmişə yumruğu boyda olan dünyasının məkanında-ürəyinin üstündə saxlayır.Qoruyur onu vəhşilərdən... Bu Hindu sevmir. Bilmir sevməyin nə olduğunu,təkdi...O şairdi...Amma yazmır şeirlərini nə ağacdan düzəltdiyi lövhəsinə, nə də papirus yarpağına...Qorxur yazmaqdan...Ancaq o, özünü xoşbəxt hiss edir. Sevgisiz, qələmsiz,tək... Başına gələcəklərdən xəbərsiz. O hələ bilmir ki, bir gün sevəcək.Əlləriylə qoruduğu dünyasından istəmədən əl çəkəcək, başqa bir əldən tutmaq üçün. Dünyasına məskən etdiyi ürəyini sevgisinə verəcək. Yenə istəmədən,yenə bilmədən. Beləcə parçalanacaq,bölünəcək... Küsəcək ondan məkanından qovulan dünyası... O bilməyəcək sevginin yoxluğunu. Sevginin də beləcə insanlardan küsdüyünü...Nə vaxtsa hansısa ürəkdən qovulub,əziləndə...bax elə ondaca sevginin insanların üzünə tüpürdüyünü...bilməyəcək. O bilmir ki, o şairdir, o yazmalıdır.Hər ağacda, hər yarpaqda şeirlərini asmalıdır.Bilmir... Qışqırıram, o Hinduya səsim çatmır...O bilmir ki mən hər şeyi görürəm.O bilmir ki mən ona kömək etmək istəyirəm... Eeeeeey yazıq Hindu! Sevmə amandır.Parçalama ürəyini,dağıtma dünyanı.Yaz...ancaq yaz! Sevgini də, qəzəbini də, nifrətini də yaz! ...O bilmir ki, yazmaq yaşadır insanı. ...Bir hindu tanıyıram. Qara,arıq...O qədər arıq ki,qabırğalarını belə saymaq olur asanlıqla.Əyninə yarpaqlardan düzəlmiş paltar geyinir... |
|
Baxılıb: 174 |
Əlavə etdi: Narmin
| Reytinq: 5.0/1 |
| Şərhlər: 1 | |
0
Eeeeeey yazıq Hindu! Sevmə amandır.Parçalama ürəyini,dağıtma dünyanı. Bəzən sevmək bir ürəyi parçalayırsa, bəzəndə parçalanmış ürəklərə məlhəm olur bir dünya qurur.
|
|
|
|
|
 |