Kor inəyin məhəbbəti... - 14 Марта 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Mart 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Mart » 14 » Kor inəyin məhəbbəti...
13:02
Kor inəyin məhəbbəti...
- Şəklimi çək,nənəmə göndərəcəm.
 
-Hazır ol çəkirəm...
 
-Yoox,alınmadı... Birdə...
 
-Aha,əla! Doğrudan, gözəl şəkildi.Xüsusilə də gözlərin...
 
-Hmm,gözlərimlə işin olmasın,yoxsa həsrət qalarsan...
 
...
 
-Nəvən Mələk sənə şəkil göndərib,ay Xanım nənə
 
-Gətir, gətir ay oğul,gətir qurban olum, gətir görüm
 
Mələyin şəkli əldən ələ gəzdi.Babadan nənəyə,nənədən əmiyə,əmidən bibiyə ...
 
Mələk, bu qocalarin gözlərinin ağı-qarası bircə qız nəvəsiydi. Körpəliyindən 6 yaşına qədər bu kənddə,nənə-babasının yanında böyümüşdü.Ona görə də,qızcığazın yeri bu ixtiyarların urəyində tamam başqaydı. Həm də axı,gələcəyin həkimiydi Mələk...
 
Nənə sevimli nəvəsinin şəklini köhnə cehizlik rəfinin üstünə qoydu.Yay fəsli olduğuyçün bütün gününü həyətdə keçirən qoca, ayağının ağrısıyla gündə bir neçə dəfə köhnə,taxta pilləkənlərdən yuxarı çıxıb şəkili öpürdü.Hər dəfəsində də, o xırdaca gözləri yaşla dolurdu. Sonda taqətinin qalmadığını görən Xanım nənə şəkili belinə bağladığı yaşıl şala keçirdi.
 
....Həyətdə böyük bir tut ağacı vardı.Ağacın bir tərəfində nənənin iş gördüyü köhnə,balaca masa, bir az o tərəfdə divara mıxlanmış əlüzyuyan vardı. Baba ağaca bir neçə yerdən mismar da sancmışdı toyuq cücənin dəni orda ayrı ayrılıqda asılırdı. Nənənin stolunun düz yanında yerdə böyük ləyəndə Alagöz inəkçün ayrılmış yem qoyulmuşdu. Ləyən elə ağır idi ki baba bir neçə dəfə cəhd etdisə də qaldıra bilmədi.
 
-Yazıq heyvan acından birtəhər oldu gör necə dolanır həyətdə...
 
-Əşşi ağıllıdı alagöz,heç nə olmaz burax qoy gəlib burda yesin yemini. Gözümüzün görəcəyi bircə sağılanımız var. Yazıqdı...
 
-Yadındadı Mələk Alagözü necə yedirirdi uşaq vaxti?
 
-Hə, alagözün anasi ölmüşdü mələk ona necə həvəslə qulluq edir, südünü içizdirirdi...
 
-Gör bir vaxt necə tez keçdi. Mələk də böyüdü alagöz də...-deyə-deyə Alagözə tərəf getdi. Onu tut ağacına tərəf elə bircə dəfə hooladı.Alagöz elə ac idi ki yemi görcək gözlərinə işıq gəldi. Nənə hiss etmədən Mələyin şəklini düz Alagözün yeminin yanında yerə salmışdı.İnək başını aşağı əyən kimi yemə yox düz Mələyin şəklinə tərəf baxdi. Elə diqqətlə baxdı ki... Həmin dəqiqə təkcə onun gözlərinə baxsaydın insan gözlərindən seçilməzdi. Alagözün yemədiyini görən nənə ona yaxınlaşdı əyri belini bir az da əyib, yerə, alagözün baxdığı istiqamətə baxdı.Mələyin şəklinin yerə düşdüyünü görüb onu alagözdən qorumaqçün 5 yaşlı uşaq cəldliyi ilə yerdən götürdü.Balama qurban olum-deyib şəkli yaylığının ucu ilə təmizləməyə başladı. Alagöz isə elə dayanmadan nənənin əlindəki mələyə oxşayan Mələyin şəklinə tərəf baxırdı....
 
...Artıq üç gün idi ki, alagöz heç nə yemirdi. Heç vaxt babanın sözündən çıxmayan bu inək nənəni də incidir,sağmağa qoymurdu.Sevimli inəklərinin belə etməsi qocaları çox narahat edirdi...
 
...Növbəti,səhər baba tövlədən gələn səsə yerindən dik atıldı.Tələsik həyətə qaçdı.Tövlədə alagöz o biri cöngəylə elə dalaşırdı ki... Yazıq qoca zülümlə onları ayırsa da artıq gec idi.Alagözün ala gözlərindən əsər-əlamət qalmamışdı... Cöngə buynuzuyla alagözü kor etmşdi.
 
Bu hadisə nənənin,babanın qanını xeyli qaraltdı. Alagöz isə o gündən heç kəsi özünə yaxın buraxmırdı. Bir xeyli də arıqlamışdı...
 
Bu gün Xanım nənəyçün gözəl bir gün idi.Şəhərdən nəvəsi Mələk gələcəkdi. Nənə səhər tezdən durub elə əl-ayağa düşmüşdü ki... Gah nehrənin yanına qaçırdı, gah təndirin gah da ki, üstündə yemək bişirdiyi kürənin.Baba da həyətdə vargəl edir nənəyçün odun, çırçılpı yığır sevinclə nəvəsinin yolunu gözləyirdi...
 
Budur köhnə, taxta qapı açıldı- Mələk gəldi. Qocalar tez özlərini Mələyin yanına çatdırıb onu möhkəmcə qucaqladılar üz-gözündən öpüb yenə bağırlarına basdılar.Hər üçü elə xoşbəxt görünürdü ki...
 
Yolun yorğunluğunu canından cıxardandan sonra,qız nə fikirləşdisə,cumdu babasının yanına.
 
-Baba bəs Alagöz hardadı?
 
-Algözə nəsə olub,bala. Əvvəl yemədi incitdi bizi, sonra dalaşdı başqa heyvanla, gözləri kor oldu.Başa düşə bilmədik ki,nə oldu bu heyvana birdən-birə.
 
-Kor oldu? Yazıq...Bəs indi hardadı, görmək istəyirəm onu.
 
-Yox ağrın alım, yanına heç kəsi buraxmır ki, mən də qorxa-qora girib yemini verirəm. Heç əməlli başlı yemirdə.
 
-Nə olar baba, mən də səninlə gedim tövləyə baxım da onun gözlərinə.
 
-Nə deyim qızım yaxşı gəl bax,ancaq içəri girmə qapının ağzında dayan.
 
...
 
Mələk babası ilə tövləyə getdi. Alagöz içəri başqa adamın da gəldiyini hiss edib acıqla səs gələn tərəfə,şikayətli-şikayətli bir-iki ağız mooldadi.
 
Mələk dilləndi:
 
-Alagöz sənə nə oldu belə? Qorxma mən sənə heç nə eləmərəm.
 
Yavaş yavaş alagözə sarı gedib başını sığalladı. Yanına yaxınılaşanda yeri göyü lərzəyə gətirən inək Mələk ona yaxınlaşanda heç tərpənmədi də...Sakitcə yerində dayanıb kor olmuş gözlərini ona zillədi...
 
-Baba icazə ver onu mən yemləyim.Gör bir yazıq nə günə düşüb.
 
-Allah xətrinə ehtiyatlı ol qızım, birdən səni vurar.
 
-Yox baba o ki sakit dayanıb heç nə eləmir.
 
Mələk əlində dəstələdiyi yoncanı,ehtiyatla Alagözün ağzına tutdu...
 
...Nənə,həmişə evimizdə olanda anama deyirdim ki,kəndə getsəydim nənəmdən inək sağmağı öyrənərdim.Onsuzda neçə gündü alagözü mən yemləyirəm. Olar onu bu gün mən sağım?
 
-Olar gözünə qurban,olar...
 
Nənə heyrətə gəlmişdi-sağılanda ipə-sapa yatmayan Alagöz elə sakit dayanmışdı ki.Mələk həvəslə, dolu süd vedrəsini babasına göstərib dedi:
 
-Baba bax Alagözün südüdü mən sağdım
 
-Afərin balama. Nənəyə tərəf dönüb:
 
-Deyəsən Alagöz də yavaş-yavaş düzəlir
 
-Təki düzəlsin... Artıq avqustun ilan mələdən vaxtıydı. 10 gün idi ki, evdə olan gözəl abu-hava bu gün pozulmuşdu. Çünki,Mələk şəhərə,evlərinə qayıdırdı...pərişan nənə-babasına baxa-baxa pal-paltarının həvəssizcə yığışdırırdı. Birazdan dayısı fermadan gəlib Mələyi rayon avtovağzalına yola salacaqdı.
 
Qız lap başını itirmişdi,ora-bura vurnuxmaqdan. Özündən olsaydı,hələ 1 ay da qalardı burda...
 
-Nənə getməmişdən əvvəl gedim Alagözlədə vidalaşım.
 
-Yaxşı ağrın alım get.
 
Elə bu vaxtdaca əmisi kürəyində ov tüfəngi, əlində də sabah ertə yataqda vurduğu caqqalın dərisi, qapıda göründü. Evə dönməyib,bir-başa qızı yola salmağa gəlmişdi.Mələk cəld nənə,babasıyla görüşüb əşyalarını əmisinə verib, Alagözün yanına qaçdı...
 
-Hə, Alagöz mən gedirəm. Yəqin birdə gələn yay gələrəm. –deyib Alagözün başını sığallayıb əmisinə tərəf getmişdi ki, Alagöz sürətlə Mələyin arxasıyca gəlməyə başladı.
 
-Vay,uşağı vuracaq qoyma, İmraaan...
 
Əmisi özünü itirmiş halda əlini çiynindəki tüfəngə atıb Alagözə atəş açdı. İnək bir andaca yerə sərilib hərəkətsiz qaldı...
 
Əmi,nənə,baba Mələyə heç nə olmadı-deyə yüz dəfə Allaha şükür etdilər.Mələyi qucaqlayıb sevindilər.Yerdə uzanan Alagözün ölməsi barədə isə heç nə düşünmürdülər...
 
Çünki onlar, bu kor inəyin məhəbbətindən xəbərsiz idilər... Çünki onlar,yalnız öz gözlərinə inanırdılar...
Baxılıb: 225 | Əlavə etdi: Narmin | Reytinq: 4.0/1
Şərhlər: 1
0  
1 BUrxan   (26.03.2010 18:37)
Nermin)))
Cavab: )))

Adınız *:
Email:
Tehlukesizlik kodu *: