Mən zamana qalib gələcəyəm!!! - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Mən zamana qalib gələcəyəm!!!
16:20
Mən zamana qalib gələcəyəm!!!
Bəzilərinə məlhəm,bəzilərinə kədər,bəzilərinə sevinc bəxş edən,bəzilərinə səbr etməyi,bəzilərinə tələsməyi, bəzilərinə yalanı,bəzilərinə dürüstlüyü…daha nələri,nələri öyrədən,hər şeyi öz ardıyca çəkib aparan axındı, zaman!...
Nədənsə ziddiyyətlidir zaman barədə fikirlərim.Bəzən dost,bəzən düşməndir zaman insanlara…Hələ ki,dostdur mənimlə çünki, gəncliyə doğru aparır məni. Ancaq əminəm ki, qocalanda deməyəcəyəm bu sözləri çünki, onda düşmən olacağam əllərimi,üzümü qırışdıran,gözlərimi,qulaqlarımı zəiflədən, məni ölümə doğru aparan zamanla…
İndi əlimdə qələm, vərəq zamanla mübarizə aparıram. Axı,yaratmaq- ölümü öldürmək deməkdir…Yazıb yaradacağam ölməmək üçün!
Həzrəti Əli "Ürəyiaçıqlıq və üzügülər olmaq məhəbbətin torudur ki,insanları onunla ovlamaq olar.” deyib.Güləcəyəm həmişə, ürəyiaçıq,mehriban olacağam. Təslim olmayacağam zamana, qocalanda da sevib seviləcəyəm! Qaldı ki gözəlliyə…(bir lətifəni xatırladım: gün gələcək saçlarını,dişlərini itirəcəksən ancaq gözəlliyini itirməyəcəksən.Çünki,o səndə heç vaxt olmayıb) Odur ki, bu barədə narahatçılığım yoxdur…
Deyirlər, dərd də qocaldır insanı. Araz aşığımdan,Kür topuğumdan gəzəcəyəm. Heç nəyi dərd etməyəcəyəm zamanın acığına! MƏN ZAMANA QALİB GƏLƏCƏYƏM!!!










Baxılıb: 244 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 M.Hikmet   (23.11.2009 00:55)
Sen dogurdan da zamana qalib gelecenksen!