Məndən sizə bir ömürlük xatirə, Sizdən mənə nə qalacaq bilmirəm... - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Məndən sizə bir ömürlük xatirə, Sizdən mənə nə qalacaq bilmirəm...
16:20
Məndən sizə bir ömürlük xatirə, Sizdən mənə nə qalacaq bilmirəm...
Məndən sizə bir ömürlük xatirə,
Sizdən mənə nə qalacaq bilmirəm...


Deyirlər ki,zaman hər şeyi unutdurur.Bəzən bu fikirlə razılaşmıram. Çünki, həyatda heç vaxt unudulmayan anlar,heç vaxt unudulmayan insanlar da olur.Unutmayacağım anlarım məktəb illərim,unutmayacağım insanlarsa sizlərsiniz ,əziz müəllimlərim.
İstərdim ki,məni həmişə yaxşı xatırlayasınız. Necə varamsa, eləcə...
Hərdən tərsliyim,hərdən şıltaqlığım,hərdən də şirinliyimlə...Bəzən, səhvlər də etmişəm.Səhvsiz insan olmaz. Uşaqlıqda hamı səhv edir. Və səhvləri edə-edə həyatı,həqiqətləri, düzgünlüyü öyrənirik.Təki, böyüyəndə böyük-böyük səhvlər etməyək!
Ancaq, bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, mən heç də pis qız deyiləm.
Bəzən sizi incitmişəm,bezdirmişəm. Buna baxmyaraq hərənizin qəlbimdə öz yeriniz var.Öz xasiyyətləriniz,deyimləriniz,özünəməxsusluqlarınızla. 11 ildə dilimdən qəlbimə,qəlbimdən yaddaşıma köçdünüz! sizi bilmirəm mən sizi həmişə xatırlayacağam.Bir mahnıda deyildiyi kimi, sizi sevəcəyəm siz sevməsəz də.Ancaq bir həqiqət də var: siz mənim gələcək xatirələrimin ilkin səhifələrində yer alacaqsınız. Uşaqlarıma, nəvələrimə, uşaqlığımdan, yeniyetməliyimdən danışanda-ən şirin, ən məzəli səhifələr olacaq bu saralmış vərəqlər...
Əziz müəllilərim!
Bir vaxt anam toppuş,çox danışan,yetənə yetən,yetməyənə bir daş atan,bir az şit,bir az şirin,şıltaq bir qızın əlindən tutub darta-darta gətirmişdi yanınıza.Sabir sayağı əti sizin sümüyü mənim,adam edin bu ərköyünü demişdi siz bacardığınızı etdiniz,mən də bacardığım qədər götürdüm. Sonrasını tale bilər,gələcək göstərər.Hər halda çəkdiyinz əməyi halal edin.Çünki bu gəlimli-gedimli,nə yazıq ki bir ucu ölümlü dünyada ayrılıq deyilən bir məfhum da var.Təəssüf ki,bu ayrılıq bizə də nəsib oldu.Ayrıldıq k,i siz yeni-yeni dəcəlləri adam edəsiniz,biz isə özümüzə yep yeni bir dünya quraq. Və həmin dünyanın içərisində öz yuvamızı tapaq.
    Məşhur bir mahnıda çox sevdiyim 2 misra var.
Məndən sənə bir ömürlük xatirə,
Səndən mənə nə qalacaq bilmirəm

    Mənsə belə deyərdim:
Sizdən mənə bir ömürlük xatirə
Məndən sizə nə qalacaq bilmirəm...?

  
                  Nərmin HÜSEYNZADƏ









Baxılıb: 277 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 2
0  
1 Hiko   (15.11.2009 22:12)
Bizden sene cox seyler qala biler.En azi oxucu serhi.

0  
2 Narmin   (17.11.2009 20:26)
Sag ol.Allah razi olsun.

Adınız *:
Email:
Tehlukesizlik kodu *: