Bu gecə musiqi olacağam
Hər yeri musiqi görüb,
musiqi ilə nəfəs alacağam
ancaq musiqi eşidəcəyəm.
Gecəmə, Bedhovenin
"Moonlight”-i ilə başlayacağam
Qulağımdan beynimə işləyəcək
Ordan da gözləimə çökəcək
"Moonlight” görəcəyəm
Musiqi kimi baxacağam hər yerə
Sonra,Mozart olacağam
Qulaqlarim cox sevir Mozarti
Ona görə də,
Heç hara göndərməyəcək onu
Özündə saxlayacaq...
Mozart səslənəcək qulağımda
bütün gecə
yüksək səslə
Musiqi eşidəcəyəm ancaq.
Dəhşətli bir simfoniya ilə davam edəcəyəm
"Albinoni Adagio g minor”.
Orqanın səsi qulağımdan
Düz ürəyimə tərəf gedəcək
İldırım sürətilə
Sonra da şah damarlarımı dəlib
Qanıma hopacaq...
Damarlarımdan musiqi axacaq
Başımdan ayağıma qədər
Bədənimin hər yerində
Bu musiqini hiss edəcəyəm.
Sonra damarlarım da tab gətirməyəcək
Partlayacaq...
Bütün bədənimə dağılacaq sinfoniya
Bütünlüklə musiqi olacağam!!! |