Nağıllar və Mən - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Nağıllar və Mən
16:21
Nağıllar və Mən
Bütün uşaqlar kimi mən də çox sevirdim nağılları. Elə indi də sevirəm. Çünki həmişə yaxşı olur sonluqları.Çox vaxt nağıl qəhrəmanlarının yerində hiss edirdim özümü…Doğurdan da, çox xoş gəlir adama.İstəsən yox olursan,istəsən uçursan,istəsən qaçırsan...Çox maraqlıdı.Nə olursa,olsun sonda haqq- ədalət yerini tapır,sevənlər qovuşur,pis qüvvələr məhv olur…daha nələr,nələr…Əladı, ancaq təəssüf ki, nağıldı…
Ən çox sevdiyim nağıl “Qırmızıpapaq”nağılı olub.Canavar Qırmızıpapağı udanda şükür edirdim bunun nağıl olduğuna,çünki,odunkəsənlər canavarın qarnını yarıb xilas etdilər onu. Ancaq bu nağıl yox, həqiqət olsaydı elə oradaca qalardı yazıq qızcığaz…
Gülürdüm həmişə Qırmızıpapağa nənəsi ilə canavarı ayırd edə bilmədiyi üçün. İndi özümə gülən lazımdı, yaxşıyla pisi ayıra bilmirəm hələ də…
Nağıllarda adətən hadisələr pisdən yaxşıya doğru gedir. Həyatda isə əksinə, hər şey yaxşı başlayır,sonu isə pis olur.Nağıllarda reallığı görmək üçün sondan əvvələ doğru oxumaq lazımdı bəlkə də…Kaş həyatımız da nağıllar kimi gözəl olsun həmişə…
Kaş həyatda da sehirli xalça,sehirli çubuq olaydı, xeyixah insanlar,xeyirli işlər üçün…











Baxılıb: 318 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 0
Adınız *:
Email:
Tehlukesizlik kodu *: