Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Fevral » 15 » Ölüm Vahiməsi
|
Məhləmizdə qara, qoca bir pişik vardı. Az qala mənimlə yaşıd olan sevmədiyim bu heyvan son vaxtlar gec-gec dəyirdi gözümə. Uşaqlıqdan qara pişik uğursuzluq gətirir deyə həkk olmuşdu beynimə. Ona görə də bu pişiyi görəndə etdiyim ən normal hərəkət üstündən hoppanıb keçmək olurdu. Sonuncu dəfə pişiklə qarşılaşanda çox tələsirdim. Həmişəki kimi binanın qarşısında dayanmışdı. Bu tələskənlikdə yolumu kəsən uğursuz pişiyə təpik vurmaq keçdi ürəyimdən. Ancaq nədənsə etmədim. Əksinə...Qaça-qaça yediyim sonuncu tikəmi ona atdım... İlk dəfə idi ki bu qara pişiyin yaşıl şüşəyə bənzəyən qorxulu gözlərini çox yazıq, məsum gördüm...Yoluma davam etdim...
...Uğursuz bir gün keçirdim. Və təbii ki, yol gələ-gələ bütün uğursuzluğumun səbəbkarı kimi bu lənətə gəlmiş qara, çirkin pişiyi düşünürdüm. Öz məhsuliyyətsizliyim ucbatından qazana bilmədiyim uğurun səbəbkarı hesab etdiyim pişik qarşıma çıxsaydı səhər ona vurmadığım təpiyi sözsüz ki, indi vuracaqdım. Binaya yaxınlaşdıqca pişiyin səhər dayandığı yerdə qaraltı görünürdü. Düzü bir az təəccübləndim. Çatanda isə gözlərimə inanmadım. Pişik ölmüşdü. Verdiyim balaca tikə də elə qoyduğum yerdəcə qalmışdı. Bu mənzərə mənə çox pis təsir etdi. Ona görə yox ki, bir canlı ölmüşdü. Ona görə ki, bu bədbəxt canlı öləndə yalnız idi. Səhər ona təpik vurmağa qıymamışdım ancaq təəssüf ki, onun qismətində imiş bu təpik. Mən vurmadım əvəzində fələk vurdu....
|
|
Baxılıb: 239 |
Əlavə etdi: Narmin
| Reytinq: 0.0/0 |
| Şərhlər: 4 | |
0 3
qan tural; (19.02.2010 08:05)
salam nərmin... yaxşı yazıdı bu yazı belə kiçik şeyləri yazmaq lazımdır sənə məktub yazmışdım deyəsən çatmayıb sənə. mənə yaz lütfən qantural@gmail.com ugurlar..
Cavab: salam Tural bey.Yazimin sonunda sizin serhininzi gormeye cox sad oldum. Tesekkur edirem
|
0 2
Kamil (18.02.2010 15:23)
bu yazi maraqli deyil.Burda qeyri-adi ne var ki?
Cavab: bu yazi sizincun maraqsiz ola biler.Bu normal haldir.Bu yazida bas veren hadise eslinde real deyil.Sadece texeyyuldu.Menimcun buna gore maraqlidir.Yene de cox sag olun
|
0 1
Rafiq M (18.02.2010 15:18)
Cox gozel,pakize!!!
Cavab: tesekkur
|
|
|
|
|
 |