Qarğa, gəl qon.... - 26 Августа 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Avqust 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Avqust » 26 » Qarğa, gəl qon....
14:15
Qarğa, gəl qon....

   Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca qorxudan yağış, palçıq heç onun vecinə də deyildi. Eləcə oxuyur, yoldan keçənə sataşır, zarafat edir olmayan dişlərini bütün gün çöldə qoyurdu. Tətil ərəfəsi olduğu üçün Mələk nənənin böyük nəvəsi Elnur kəndə qonaq gəlmişdi. Onun fərqli görünüşü, çiyinlərinə düşən uzun hamar saçları, geyimi və həmişə özü ilə gəzdirdiyi gitarası Əli üçün əməllicə başlı əyləncə mövzusu idi. O həmişə Elnura "qara qarğa” deyə sataşsa da, Elnur cavab vemir, gülümsəyərək yoluna davam edirdi. Bu gün isə Elnur tək deyildi. Yanında şəhərdən gələn narmanazik, gözəl uzunsaçlı bir qız da vardı. Əli əvvəlcə buna məhəl qoymayıb adəti üzrə yenə də Elnura söz atdı. Üzünü çevirib getməyə hazırlaşırdı ki, gözləmədən bir səs eşitdi. Elnurun yanındakı gözəl qız acıqla Əliyə tərəf çevrildi, asta səslə dedi "tərbiyəsiz, hələ bir özünə bax nəyə oxşayırsan!” Söz, sözdən daha çox qızın baxışları Əlini yamanca silkələdi. Ayağını yerlə sürüyə-sürüyə küçənin tininə gəldi, balaca daşın üstündə oturub bu kənddə insandan daha çox olan qarğalara həvəssiz-həvəssiz daş atmağa başladı. ... Səhəri gün, Əli yuxudan olduqca gec oyanmışdı. Tənbəl-tənbəl qapıya yaxınlaşdı birdən nə düşündüsə dayanıb güzgüyə baxdı.Gah əlləri ilə cod saçını hamarladı, gah da mırıq dişlərinə baxdı. Əynini geyinib əl üzünü yudu. Tünd göy rəngli nazik şalvarını yun corablarının içinə saldığı üçün ətəkləri həmişə qırışmış olurdu. Əli aşağı əyilib şalvarın ətəyini əli ilə dartışdırıb hamarlamağa başladı. Sonra isə üst başının tozunu elə evdəcə çırpıb qara jaketini hamarladı. Pencəyini geyinib uzun qollarını səliqə ilə qatdaladı. Aerodroma bənzəyən papağını əlinə götürdü, nə fikirləşdisə yenidən çarpayının üstünə atdı. Bir də güzgüyə baxıb həyətə düşdü, rezin qaloşlarının palçığını daşa divara sürtüb zülümlə təmizlədi. Sonra təndirin yanındakı dəsmalı götürüb qaloşlarını parıldatdı. Əlini cibinə qoyub özündən razı-razı küçəyə tərəf yollandı. Elnurla Şəbnəm qapılarının ağzındakı taxta oturacaqda oturub söhbət edirdilər. Deyəsən Elnur Şəbnəmə gitarada nə isə göstərir, Şəbnəmsə elə hey gülürdü. Əli yavaş –yavaş onlara tərəf getdi. Olduqca məlahətli səslə salamlaşdı. Elnur gülümsəyərək ona salam verib onlarla oturmağı təklif etdi. Əli elə bunu gözləyirmiş kimi onların yanında əyləşdi. Şəbnəm dünəndən Əliyə qarşı hələ də hirsli olduğundan ona tərəf baxmırdı. Elnur ordan-burdan söhbətə başladı. Əslində onlarla söhbət etmək Əli üçün çətin idi. Nə qədər özünü mədəni göstərmək istəsə də bəzən yenə yersiz sözlər işlədir, arada yenə Elnura qara qarğa deyib qışqırmağı düşünürdü. Ancaq Şəbnəmin acıqlı baxışları və üzünün quruluşu onu silkələyir, mədəni olmağa məcbur edirdi. Elnur isə Əlinin bugünkü səliqəsindən hər şeyi başa düşmüş, Əlini çox istəməyə başlamışdı. Nəhayət onlar uzun çəkən söhbəti yavaş-yavaş yekunlaşdırırdılar. Ancaq Əli yaman fikirli görünürdü. Elnurun əlindəki gitaradan, Şəbnəmin gitaraya olan marağından Əli elə bilirdi ki, seçilmək, onlara bənzəməkçün mütləq onun da gitarası olmalıdı. Bu fikir əməlli başlı onun beyninə batmışdı. Artıq günortadan bir xeyli keçmişdi. Əli çox ac idi. Yenə həmişəki qayda ilə oxuya-oxuya evlərinə tərəf gəldi, qapını təpiklə açıb içəri keçdi. Həmişəki kimi qaloşları palçıq olmuşdu. Əlini yumadan süfrəyə oturub çörəyi parçaladı. Anasına tərəf burulub dedi. Mənə pul lazımdı şəhərə gedirəm, gitara alacam. Anası təəccübləndisə də Əliyə heç nə deyə bilmədi. Köhnə yaylığını açıb çoxdan bəri yığdığı pulu ona verdi. Artıq bir-neçə gün keçmişdi. Əli yenə hər səhər evdən səliqə ilə çıxırdı gitarası isə çiynindən əskik olmurdu. Hər gün Elnurgillə söhbətləşir, özünü tərbiyəli, mədəni göstərməyə çalışırdı. Yenə hərdən çaşır kobud sözlər işlədir sonra isə çətinliklə səhvini düzəldirdi. Artıq Şəbnəmin də Əliyə münasibəti fərqli görünürdü. Ancaq nədənsə hər dəfə onlarla söhbətləşəndən, görüşəndən sonra özünü əməlli başlı yorğun hiss edirdi. Bu günsə Əli yuxudan duran kimi kəndin baş tərəfindəki boş sahəyə gəlmişdi. Gitarasını yanındaki daşa söykəyib yerdə oturdu.. Fikirli-fikirli ondan bir az uzaqda yerə qonan qarğalara baxırdı. Arada heç kimin olmamasından istifadə edib qarğalara daş atıb halından məmnun şəkildə gülümsəyirdi. Bu an, uzaqdan Elnurun gəldiyini görüb qeyri ixtiyari var gücüylə QARĞAAAAAAAAAAA deyə bağırmışdı ki, gözü Şəbnəmə sataşdı.Çaşqın bir halda gitarasını götüdü, üzünü yerə qonan qarğalara tutub sözünə davam etdi: Qarğa, gəl qon gitaramın siminə......

Baxılıb: 207 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 0
Adınız *:
Email:
Tehlukesizlik kodu *: