Qırmızı ayaqqabımın xatirəsinə.... - 8 Сентября 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 2
Qeydiyyatsız 2
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Sentyabr » 8 » Qırmızı ayaqqabımın xatirəsinə....
22:53
Qırmızı ayaqqabımın xatirəsinə....

  Yadımdadır,balaca idim. Qonaqlarımız gəlmişdi Gürcüstandan. Mənə bəzəkli saat almışdılar. Xasiyyətimdən xəbərsiz olduqları üçün çatan kimi saatı qoluma bağlamışdılar. Mən isə hec vaxt da itirmədən qollarımı dirsəyə qədər suya salmışdım.Quyumuzdakı qurbağanı tutmağa çalışırdım.Saatın qolumda olmasını heç vecimə də almamışdım. Elə ilk gündəcə xarab olmuşdu. Atam açıb günün altına qoydusa da işləmədi, qurumadı... Həmin gün anam, bacımla mənə qırmızı ayaqqabı almışdı. Ayaqqabılarımız demək olar ki, eyni idi. Bircə fərq onda gülün mənimkindən bir dənə çox olması idi. Bu da təbii ki, mənim tərəfimdən normal qarşılanmamışdı. Ölçü fərqləri olduğu üçün dəyişə də bilmirdik.Bir gülün üstündə hamının gününü göy əskiyə bükdüm o gün. Anam səbrinin kluminasiya nöqtəsində durub məni yaxşıca döymüşdü. Ancaq yenə inadımdan dönməmişdim. Atamın təkidi ilə bacımla ayaqqabılarımızı dəyişmişdik. Ayağıma bir ölçü böyük olsa da... Nəhayət, yeyib-içəndən sonra qonaqlarımızı gəzdirmək qərarına gəlmişdik. Rayonumuzda gəzməli yer olmadığı üçün məcburən Kür kənarına getmişdik. Hamı körpünün üstündən sakit axan Kürü seyr edirdi. Döyüldüyümçün qanım bir xeyli qaralmışdı.Ayağımı dəmir tutacaqlardan çıxarıb "qəmli-qəmli” Kürə baxırdım. Və birdən... Çox faciəvi bir hadisə baş verdi.Ayağımı yelləyəndə ayağıma böyük olan qırmızı ayaqqabımın bir tayı çıxıb düşdü suya. Elə qışqırdım, elə ağlamışdım ki... Ayaqqabının o biri tayını ayağımdan çıxarıb qaçmışdım atamın qucağına ki, tez ol, düş Kürə, götür ayaqqabımı. Təbii ki,atam razılaşmamışdı. Hələ sizə bacımın ağlaya-ağlaya məni qucaqlamasından demirəm. Elə hönkürürdü ki, elə bil mən düşmüşdüm suya. Axı itən ikimizin də ayaqqabısısnın bir tayı idi. Həm də mən qırmızı ayaqqabılarımın olmasını çoxdan arzulayırdım... Bir tay ayaqqabımı qucağıma alıb ağlaya-ağlaya dönmüşdüm evimizə. Anam əhvalatı hamıya danışıb gülsə də mənim kədərim boyumdan daha böyük idi. (boyum da çox balacaydı, bir qarışdım, zatən) Həyətimizdəki su kranı bütün gün açıq qoyurdum o gündən. Suyun Kürdən gəldiyini bilirdim. Bir dəfə atamdan " Krantımızı dəyişək, daha böyük boru alaq. Bəlkə ayaqqabım o borudan gəlib düşdü”, -deyə xahiş etmişdim. Atamsa ilk xahişim kimi bunu da önəmsəməmiş, bolluca gülmüşdü. O günlərdə hamının gülüş obyekti mən idim. ...Bu hadisədən bir az keçmişdi. Havalar da soyumuşdu. Anamla atam Kürün daşmasından danışırdılar. Anam onlara diqqətlə qulaq asdığımı görüb gülə-gülə demişdi: "Hamısı sənin ayaqqabına görədi, balaca. Allah bilir, hara gedib ilişib, nəyin qabağını kəsib aləmi su basıb” O daşqında çoxlu evlər,əkin sahələri su altında qalmışdı. Elə günahkar hiss edirdim ki, özümü... O gündən bu yana çox zaman ötüməsinə baxmayaraq, hər dəfə Kür daşanda qəribə hisslər keçirirəm. Gülünün biri qopsa da, qırmızı ayaqqabımın tayını hələ də saxlayıram. O mənim əlimin içi boyda unutmadığım qırmızı xatirəmdi....

Baxılıb: 292 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 3
0  
3 Babek   (27.12.2010 14:49)
cox gozeldi xosuma geldi....duygulandim hardasa:(((
Cavab: teshekkur edirem!

0  
2 FIDAN KERIMOVA   (16.11.2010 21:06)
Cox qeweqn yazidir...inanirsiz bir az pis oldum ki niye uwaqligda niye menim bele bir hekayem olmayib...cox semimi yazidir..uqurlar....
Cavab: Chox saq ol, ezizim. Inan ki senin daha gozel xatirelerin var. yazacaqsan onlari

0  
1 ilkin   (10.11.2010 12:17)
qeşeng hekayedi. uşaqlığımı xatırlatdı...Vasconcelosun "şeker portağalı" eserinin oyatdığı tesiri oyatdı harda ise...
Cavab: Tesekkur edirem!

Adınız *:
Email:
Tehlukesizlik kodu *: