Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Avqust » 17 » Qurbağa
|
Balaca qız bir xeyli oturduğum skamyanın ətrafında fırlandı. Gözəl, qara gözləri ilə kənardan dayanıb mənə tamaşa edirdi. Sonra nə fikirləşdisə skamyaya yaxınlaşdı. Balaca,toppuş əlləri ilə dəmirdən yapışıb bir neçə dəfə yuxarı çıxmağa cəhd elədisə də alınmadı.Bu səhnə mənə maraqlı gəldiyi üçün ona kömək etmirdim.Bunu görən balaca acıqlı şəkildə mənə baxıb dilləndi. -Çöməy eyə dəə.yə baxıysan? Gülə-gülə toppuş qızı skamyada otuzdurdum.Balaca ayaqlarının yelləyə-yelləyə əllərini dizinin üstünə qoyub söhbətə başladı. -Adın yədi? -Nərmin -Yəmin? -Hə -Mənim adım Məyəkdi -Mələk? -Hə, Məyək. -Qəşəng adın var. -Biliyəm -Neçə yaşın var məyək? -Məyək yox eee mə-yək. sabax 4 yasim oyub -Həə qəşəng də qızsan. -Sənin pamadan vaaay? -Yoxdu,Mələk -Maman almıyıb? -Yox almayıb. -Həyə böyüməmişəən? Amma mənim mamam ayacaq mənə pamada.Qılmızı yak da ayacaq. -Şeir bilirsən,Mələk? -Yox,biymiyəm. -Bəs mahnı? -Mahnı biliyəm.Aycünün məxəbbətə xə, xəyanətə zox maxnısını. -Bəs kukla mahnısını bilirsən? -Zooooox. Zəxləm cedir ondan.çeçidən də, xoluzdan da zəxləm cedir.Qılmızıpapaxdan da.Eeee səndən də xosum cəlmədii -Mənim də səndən. -niyə? -Bütün bəbələr kuklanı, keçini, qırmızıpapağı bilir. Amma sən yox. Dodaqlarını aşağı sallayıb gözlərini süzdürə-süzdürə çətinliklə skamyadan düşüb balaca qırmızı donunu hamarladı. -Dovşana oxşuyursan ee Mələk -Şən də qulbağaya- deyib forslu-foslu uzunsaç qızlar tərəfə getdi... |
|
Baxılıb: 243 |
Əlavə etdi: Narmin
| Reytinq: 0.0/0 |
| Şərhlər: 2 | |
0
Əfsuslar olsun ki, uşaqlıq mərhələsini,uşaqların böyüyə biləcəyi bir şəraitdə keçirmirlər. Müasir gənlikdən əvvəl müasir uşaqlıq olurmuş
|
|
|
|
|
 |