Narmin Huseynzade
Mənim Qeydlərim
Unutmağın iki ağır şərti var 
İyrənmək və qorxmaq 
Anası bibər sürürmüş qələminə 
ağzına vurmasın deyə 
Bibərli əllərini gözünə vururmuş 
Hər dəfəsində… 
Gözü göynədikcə, ağzı yandıqca 
Unudurmuş qorxusundan qələmin dadını 
Siqaretin tünd iyi 
iyrəndirmiş 
həyatındakıi ilk kişinin 
mənasız öpüşündən 
xatırlamamaqçün 
unutmaqmı lazım 
siqaretmi? 
<dc:creator>Narmin</dc:creator>
Qırmızı ayaqqabımın xatirəsinə....
  Yadımdadır,balaca idim. Qonaqlarımız gəlmişdi Gürcüstandan. Mənə bəzəkli saat almışdılar. Xasiyyətimdən xəbərsiz olduqları üçün çatan kimi saatı qoluma bağlamışdılar. Mən isə hec vaxt da itirmədən qollarımı dirsəyə qədər suya salmışdım.Quyumuzdakı qurbağanı tutmağa çalışırdım.Saatın qolumda olmasını heç vecimə də almamışdım. Elə ilk gündəcə xarab olmuşdu. Atam açıb günün altına qoydusa da işləmədi, qurumadı... Həmin gün anam, bacımla mənə qırmızı ayaqqabı almışdı. Ayaqqabılarımız demək olar ki, eyni idi. B...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Açıq qapı...zibil qutusu
.... Evimizlə üzbəüz , Mehrac adlı qoca qarının yaşadığı kiçik bir daxma var. Mehrac nənə o qədər yaşlıdır ki, küçəmizin yanındakı parkda əkilən ən hündür şam ağacının belə əkilməsində iştirak edib. Bütün gününü deyinməklə keçirən qarı həmişə hamıya eyni şeylər haqqında danışır: "8 uşağım var, nəvələrimin, nəticələrimin də ki, sayını,hesabını itirmişəm. Hamısı da yaxşı yerlərdə işləyir.Ancaq biri də mənə baxmır. Yıxılıb ölsəm xəbərləri olmaz. Day yatanda da qapını bağlamıram.Açıq qoyub yatıram ki, ölsəm meyid...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Öləm ki...
Əsə 
Indicə 
Möhkəm bir külək 
Ala məni 
Kəndirin cəngindən 
Çırpa ayağın altına 
Ala bədbəxt şairin 
Qələmini 
Verə əlimə 
Bədəninə yaz deyə 
əmr edə 
mənsə yerə dəyən başımın 
ağrısından 
cızam bədəninə 
küləyin şəklini 
Sonra udam 
qan rəngli külək 
rəsmini 
güləm qanlı dişlərimlə 
küləyə 
kəndirə 
Sonra da doyunca 
Öləm, 
Gözümü də qapatmadan 
Öləm ki....
<dc:creator>Narmin</dc:creator>
Uzaqlardan 3 məktub....
  Sənə uzaqlardan məktub yazıram. Salamlaşmağı unutdum :) salam. Necəsən? Yəqin canlı danışsaydıq sən də məndən soruşacaqdın necə olduğumu. Mən də sənə düşünmədən yaxşıyam deyəcəkdim. İndi düşünərək yazıram ona görə də nə cavab verəcəyimi bilmirəm.Əslində necəsən ən çətin sualdı. Nəysə, çox uzatdım :) İndi musiqiyə qulaq asıram. Uzaqdayam, uzaqdan sənə yazıram...Ağacın altında, otun üstündə oturmuşam.Yerim narahatdı amma. Estetika naminə otda oturmağı sevir insanlar. Ancaq həmişə şalvarlarına görə narahat ol...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Qarğa, gəl qon....
   Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca qorxudan yağış, palçıq heç onun vecinə də deyildi. Eləcə oxuyur, yoldan keçənə sataşır, zarafat edir olmayan dişlərini bütün gün çöldə qoyurdu. Tətil ərəfəsi olduğu ü...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Yağış,milçək,mən
<description><![CDATA[Dayanmadan yağan yağışın gecəyə geyindirdiyi don heç yaraşmırdı ona. Ölçüsü böyük, rəngi tünd... Bu uzun libas yerlə süründükcə, daşlara, otlara toxunduqca gələn səs məni eyvana çıxmağa məcbur etdi... 
- Dəyiş paltarını! 
- Niyə? 
- Yaraşmır sənə. Görmürsən necə böyükdü əyninə? Yerlə sürünür, səsdən yata da bilmirəm. Külək də bir yandan. Nə olub axı sizə? Nədi bu? 
- Təbiətin mənə hədiyyəsidi bu libas, çıxarmayacağam! 
- Uff, özün bilərsən, heç olmasa səssiz ol bir az...-deyib ...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Gəl yanıma, balaca
<description><![CDATA[Mən də sənin kimi gülə-gülə qaçırdım, 
bu balaca parkda. 
Hərdən yıxılıb dodaq da büzürdüm, 
balaca qız... 
eynən sənin kimi. 
Mənim də anam bax beləcə 
Arxanca qaçırdı, 
yıxılmayım deyə. 
Əlindəki gəlincikdən mənim də vardı, körpə 
Saçlarını yolardım onun eynən sənin kimi... 
Hə, balaca sənin kimi ağlağandım, 
İnadkardım 
Bax, o qıza baxdığın kimi, 
mən də baxardım uzunsaç qızlara 
tez böyümək istərdim, tez... 
Ancaq indi... 
Bu parkda gülə-gül...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Qurbağa
Balaca qız bir xeyli oturduğum skamyanın ətrafında fırlandı. Gözəl, qara gözləri ilə kənardan dayanıb mənə tamaşa edirdi. Sonra nə fikirləşdisə skamyaya yaxınlaşdı. Balaca,toppuş əlləri ilə dəmirdən yapışıb bir neçə dəfə yuxarı çıxmağa cəhd elədisə də alınmadı.Bu səhnə mənə maraqlı gəldiyi üçün ona kömək etmirdim.Bunu görən balaca acıqlı şəkildə mənə baxıb dilləndi. 
-Çöməy eyə dəə.yə baxıysan? 
Gülə-gülə toppuş qızı skamyada otuzdurdum.Balaca ayaqlarının yelləyə-yelləyə əllərini dizinin üstünə qoyub söhbət...]]></description>
<dc:creator>Narmin</dc:creator>
Axmaq alim....
…79 gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi, tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə,balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə,hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də,ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki,öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da la...]]></description>
<dc:creator>Narmin</dc:creator>