Teqvim| « Aprel 2010 » | | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. | B. | | | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 |
Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Aprel » 4 » Şahmat
|
(Şahmat fiqurlarının düzülüşü: top,at,fil,vəzir,şah,fil,at,top. Qarşıda da 8 piyada. Oyuna ağlar başlayır.Adətən şahın qarşısındakı piyada 2 xana irəli gəlməklə başlayır oyun)
-Mələk,bu nə sir-sifətdi səhər-səhər? -Qanım qaralıb... -Onu sənə baxan kimi bilmək olur sən niyəsini de görək. -Dünən şahmat oynayırdım uda bilmədim... -Uduzdun? -Yox uduza da bilmədim. Heç-heçə oldu -Hmm...Hələ uduzmamsan bu sifətdəsən... -Mənə də məhz bu pis təsir edir -Qəribə adamsan eee. Mən də deyirəm nə baş verib görəsən. Canın sağ olsun.Kiminlə oynayırdın ki? -Özümlə -Necə yəni özümlə,başa düşmədim? -Başa düşməməli nə var ki? Tək oynayırdım -Əslində mən sadəcə vasitəçi idim. Fiqurlar özləri oynayırdı. Şahmat oyun deyil,Zərifə. Böyük bir reallıqdı. Bunu dünən anladım... Dünən şahmat tablosunun üstündə ağlarla qaraların, mübarizəsinin şahidi oldum...Piyadaların özünü qurban verməsinin,vəzirin etibarsızlığının,topun xəyanətinin... daha çox şeyin şahidi oldum...daha çox şeyin, Zərifə. Adətən ağlar başlayır oyuna.Ancaq bu dəfə qara piyada çıxdı önə.Mən bilirdim Zərifə, bilirdim ki, onun pis məqsədi yox idi.Sülhçün gəlmişdi iki addım önə. Ancaq ağlar başa düşmədi bunu öz piyadaları ilə kəsdilər onun qarşısını sözünü də deməyə qoymadılar...Sonra at gəldi.Ağlar qara atı murad kimi qəbul etmədilər heç öz atlarını da çıxarmadılar qarşısına piyada ilə qovdular onu...Hətta vurdular,öldürdülər... İlk itgisini verdi qaralar... Ağların piyadası təhlükədəydi rahatliqla vura bilərdilər onu ancaq, toxunmadılar...Sonra vəzir gəldi önə, ağ piyadaların qarşısında dayandı...Silahsız dayandı...Sülh üçün. Onu da vurdular,fili də vurdular...Gözləri dönmüşdü elə bil... Qarşılarına keçəni özlərinə təhlükə billib vurdular... Nə soruşdular, nə dinlədilər...Ancaq öldürdülər...Elə qəribə mənzərə yaranmışdı ki tabloda... Heç bir nəfərini də itirməyən ağlar...Bir şahı,hərəsi bir qardaşını,əkiz qardaşını itirən bir topu,bir fili,bir atı 2-3 yaralı piyadası olan qaralar... Sülhçün başladılar amma itirdilər...Tamamilə məhv olmamaqçün, gücsüz olmadıqlarını göstərməkçün bir də ki itirdiklərinin qisasını almaqçün qaralar da müharibə elan etdilər... Daha güclü qəzəblə daha qəzəbli güclə...Hücum etdilər ağlara vurdular, öldürdülər... Az idilər amma "bir” idilər. Ağlarda isə vəziyyət tamam başqa oldu biri-birinə arxa durmadılar. Top canını qurtarmaqçün hətta əkiz qardaşını irəli verdi vəzir bir tərəfə qaçdı,piyadalar bir tərəfə...Ona görə də tez məhv oldular... Sonda, sonda bütün füqurlar öldü... Təkcə şahlar qaldı... Ağ və qara şah... Zərifə, bilirsən burda mənə ən çox nə təsir etdi? -Nə,Mələk? -Ağlar qadın, qaralar kişi idi! |
|
Baxılıb: 196 |
Əlavə etdi: Narmin
| Reytinq: 0.0/0 |
| Şərhlər: 2 | |
0 1
Lamiye (30.07.2010 13:25)
hmmmmmm menalidi
|
|
|
|
|
 |