Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Fevral » 13 » Sevinc Pervanəyə...
17:55 Sevinc Pervanəyə... |
əyalət uşağı kimi doğuldum mən də
nənəmin bəslədiyi cücələri
boğub da bir-bir
günahı pişiyin üstünə atanda
iki yaşımdaydım…
……
Və bir də xristian doğulmadığıma
heyfislənirəm
içimi boşaltmağa
və bağışlanmağa ehtiyacım olur hərdən
…..
Sərhəd tanımayan fikirlərin sevdirdi səni mənə.Doğma,yaxın etdi.O qədər yaxın ki,oxşarlıq axtardım şeirlərinlə,səninlə özüm arasında… məsələn, hər ikimiz əyalət uşağı kimi doğulduq sonra gəldik "arzularımızın” şəhərinə.Ancaq anladıq ki, Bakı əslində "boğulan” arzularımızın şəhəridir. Amerikanın azadlıq rəmzi deyil…
Hər ikimiz intihara cəhd etdik. Sən yaşının ondördündə mən yeddisində.Riyaziyyatdan bir həftə ərzində aldığım üçüncü ikiyə görə. Artıq gizlədə bilməyəcəyimi düşünüb intihar etmək qərarına gəlmişdim. Səni əmin oğlu xilas etdi məni gündəliyimin "itməsi”… sən özündən balaca qardaşıni mən isə özümdən böyük bacımı incitmişəm dünyaya gələndən… Sənin kimi mən də ana olmaqdan qorxduğum qədər heç nədən qorxmuram özümə oxşayan qızım olar deyə…Bunlarla yanaşı fərqli cəhətlərimiz də var.Sənin məndən daha güclü olduğunu göstərən fərqlərimiz. Məsələn, sən ana olmaqdan qorxsan da qızına "nə qədər sədd çəksəm də qarşına uf demədən çək anana qılıncı səni azadlıq gözləyir dənizlərin o tayında” deməyi bacardın ancaq mən bacarmaram…sən nənənin bəslədiyi cücələri boğub da bir-bir pişiyin üstünə atanda iki yaşında idin mən hələ də əl vura bilmirəm cücəyə. Sən kiçik rəfiqələrinə yalançı sevgi görüşləri uydurub deməyi bacarırdın balacalığında mən isə o qədər eqoist idim ki, ancaq özüm barədə danışırdım onlara…Və birdə ki,mən xristian olmadığıma görə heyfislənmirəm.Ürəyimi boşaltmağa xaç atasından çox Allaha ehtiyacım var.Çünki,dediklərimin qarşısında heç bir sual eşitmək istəmirəm.Sadəcə dinlənilmək və bağışlanıb bağışlanmadığımı görmək istəyirəm.Bunu eşitmək daha çox qorxudur məni nəyinki görmək…
|
|
Baxılıb: 226 |
Əlavə etdi: Narmin
| Reytinq: 0.0/0 |
| Şərhlər: 1 | |
0 1
Tural (18.02.2010 15:10)
sevinc Pervane cox gozel yazicidir.Ona benzemek isteyin duzu sevindirdi meni.Ancaq tebii ki senin oz yolun var.Gozel,ozunemexsus sekilde. Yazicilar esasende genc yazarlar cox maraqli gelib mene hemise.Cunki, onlar hadiselere basqa gozle baxirlar ferqli dusunurler.Senin de ferqli bir insan oldugun goz qabaqindadir.Dostlarin demisken aferin sene balaca)))
Cavab: cox sag olun Tural fikirlerinize gore.
|
|
|
|
|
 |