Sərhəd vətən torpağının ən müqəddəs yeridir! - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Sərhəd vətən torpağının ən müqəddəs yeridir!
16:25
Sərhəd vətən torpağının ən müqəddəs yeridir!
Yadımdadır,beşinci sinifdə oxuyurdum. “Ata yurdu” kitabını maraqsız oxuyurdum. Çünki, orda yazılanların çoxunu başa düşmürdüm,eləcə əzbərləyirdim.Ona görə də anam hər dərsi cümlə-cümlə,kəlmə-kəlmə mənə izah edirdi ki,oxuduğumu dərk edim. Dərk edim və birdəfəlik beynmə,qəlbimə,yaddaşıma həkk edim.Albaniyanı,Mannanı,Midiyanı,urartunu,Urmiyanı,Dəmirqapı Dərbəndi,Göyçəni,Borçalını,Xəzəri,Kürü,Arazı,Göy gölü,Maral Gölü,Alagözü,Qafqazı,Savalanı,Şah dağı,Baba dağı,Kəpəzi... Daha nələri,nələri...

Daha yaxşı yadımda qalsın deyə bir gün Azərbaycanın xəritəsini aldı anam mənə. Qanadlarını açmış qartala bənzəyən rəngarəng şəkil üzərində Vətənim Azərbaycanı tanıtdı mənə. Tünd çəhrayı rəngli, enli,əyri-dolanbac xətti göstərib,soruşdum anamdan:
-Bəs bu xətt nə üçündür?
-Sərhədlərimizdir dedi.
-Bəs sərhəd olmasa nə olar?
-Qalasız,hasarsız,qapısız evimiz necə olarsa,sərhədsiz vətənimiz də elə olar.Vətən sərhəddən başlayır,qızım!
Xəritədə kiçik,bir qucağa sığacaq qədər kiçik görünən Azərbaycanı gəzmək,sərhədlərinə toxunmaq keçdi könlümdən.
Ağlım kəsəndən bu yana, tətillərdə hey gəzdim,gəzdim Azərbaycanı.Sığışdıra bilmədim məkanı zamana,səfərləri tətilə.
Cənuba getdim-Biləsuvar,Cəlilabad,Masallı,Lənkəran,Yardımlı,Lerik...2493km hündürlükdə Kömürköy yüksəkliyinə qalxmaq keçdi könlümdən. Uzaqdan dalğalanan Azərbaycan bayrağına qədər qalxmaq.
Olmaz-dedilər,sərhəddir-cənub sərhəddidir.
Şimala getdim Quba,Qusar,Xaçmaz,Xudat,Nabranı dəniz boyu gəzdim.Lap bir nəğmədə deyildiyi kimi:gördüm ki, dəniz də mavidi,göylər də mavi.
Yalamaya çatdım, dayandım.Dəmir Qapı Dərbəndə əlim çatmadı.Dedilər:
-Burdan o tərəfə olmaz! Sərhəddir-Şimal sərhərddi.Qərbə-Gəncəyə,Şəmkirə,Qazaxa üz tutdum.Qırmızı körpü deyilən yerdən qədim borçalıya adlamaq istədim.-sərhəddir dedilər.













Baxılıb: 313 | Əlavə etdi: Narmin | Reytinq: 1.0/1
Şərhlər: 0
Adınız *:
Email:
Tehlukesizlik kodu *: