“…Toyuna saz ilə gəlim saza gülən ay qara qız” - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » “…Toyuna saz ilə gəlim saza gülən ay qara qız”
16:26
“…Toyuna saz ilə gəlim saza gülən ay qara qız”
Bir neçə il bundan əvvəl ailəmizlə birgə istirahət edirdik.Elə yenicə nahara başlamışdıq ki,uzaqdan aşıq,saz səsi gəldi.Anam aşıq musiqisinin vurğunu olduğu üçün diqqətlə qulaq asmağa başladı.Az sonra səs yaxınlaşdı. Nəhayət ki, aşıq masamızın qarşısındaydı.Başladı çalıb oxumağa,oynamağa, sözü-sözə,musiqini musiqiyə calamağa. Amma mən heç nə başa düşmürdüm.Aşığın oxuduqlarına sadəcə gülürdüm.Anamın mənə acıqlanmasına da məhəl qoymurdum. Bu, mənimçün yalnız parodiya edib gülməyə bir material idi. Aşıq gördü ki, mən elə hey gülürəm, əlini saxladı.Mənə diqqətlə baxdı, gülümsəyib oxumağa davam etdi.
“…Toyuna saz ilə gəlim,saza gülən ay qara qız…”
…Təbii ki,bu sözlərdən sonra aşığa qəzəblə baxdım, ən azından mənə qara qız dediyi üçün…
…Zaman keçdi,anam aşıq musiqisinin təbliğatçısına çevrildi.Rayonumuzda yaşayan Aşıq Əhməd adlı azman bir sənətkarın sənət irsini,küllüyatını öyrənməyə və tədqiq etməyə başladı.Daha sonra isə bu mövzuda namizədlik dissertasiyasını müdafiə etdi.
Həmin ərəfələrdə şeir müsabiqəsinə getmişdim. Dediyim şeirlər içərisində Aşıq Əhmədin də yaradıcılığından var idi. Uğur qazanmağımda böyük rol oynayan “Nə mənası var?”şeiri Aşıq Əhməd yaradıcılığı ilə yanaşı,bütövlükdə Azərbaycan aşıq ədəbiyyatını sevdirdi mənə…
Bir neşə il bundan qabaq güldüyüm saza indi həvəslə qulaq asıram. Aşıq Alının,Aşıq Ələsgərin,Aşıq Bilalın, Aşıq Əhmədin,Aşıq Şakirin,Aşıq Şəmşirin bir sözlə,dəyərli aşıqlarımızın sözü,səsi, havası havalandırır məni…Hələ Alim Qasımov “Şirvan Şikəstəsi” oxuyanda ruhum,canım cismimdən çıxır…
Oxu sənə heyran olum
Səsin mənə nə xoş gəlir!
Zəngulələr bir aləmdir,
Əydirmələr ürək dəlir

Kövrəlirəm,həm gülürəm
Lal oluram.gah dinirəm
Nə diriyəm,nə ölüyəm
“Ah-uf”-um göyə yüksəlir!
(Şeirin müəllifi Elxan Məmmədlidir)















Baxılıb: 319 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 Gunay   (23.11.2009 00:53)
Balaca,asiq sene yaxsi deyib haaaaa.Qara qiz

Adınız *:
Email:
Tehlukesizlik kodu *: