Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA Səhifə » 2010 » Avqust » 26 » Uzaqlardan 3 məktub....
14:18 Uzaqlardan 3 məktub.... |
Sənə uzaqlardan məktub yazıram. Salamlaşmağı unutdum :) salam. Necəsən? Yəqin canlı danışsaydıq sən də məndən soruşacaqdın necə olduğumu. Mən də sənə düşünmədən yaxşıyam deyəcəkdim. İndi düşünərək yazıram ona görə də nə cavab verəcəyimi bilmirəm.Əslində necəsən ən çətin sualdı. Nəysə, çox uzatdım :) İndi musiqiyə qulaq asıram. Uzaqdayam, uzaqdan sənə yazıram...Ağacın altında, otun üstündə oturmuşam.Yerim narahatdı amma. Estetika naminə otda oturmağı sevir insanlar. Ancaq həmişə şalvarlarına görə narahat olurlar. Bir az yorulmuşam. Gəl mənasız şeylərdən danışaq. Məsələn, indi yediyim "m&ms”-dən :) . qırmızılarını seçib yemişəm. Yaşılla qaraları qalıb, 2 dənə də sarısı.:) Mən də ədalətsizəm, rənglərə qarşı ədalətsizlik edirəm həmişə.Günorta dolma yeyirdim. Birdən qoyun yadıma düşdü. Qoyun öləndə görmüşəm. Gözləri açıq qalır. İnsanlar pişik kimidir. Ət yeyirlər. Heyvanları yeyirlər. Kaş dovşan olardım. Dovşanlar dünyanın ən xeyirxah, yaxşı canlılarıdır çünki. Vegeterian olur onlar. Pişiklər isə dovşan balalarını yeyir,insanlar dovşan balalarını yeyən pişikləri yemirlər. İnsanların da balaların heç kəs yemir. Dovşan əti daddı olur deyir əmim :( Burda bir daxma var. Uşaq vaxtı çəkdiyim ev şəklinə oxşayır. Bircə bacasından tüstü çıxmır. Həmişə qıpqırmızı gün də çəksəm, bacada tüstü çəkərdim.Bilmirəm niyə. Birazdan altında oturduğum ağacın budağına toyuqlar qonacaq.Hə, təəccüblənmə.Burda toyuqlar ağacda yatır :) Ayaqqabılarımı səhv geyinmişəm.Uşaqlar kimi.Əslində uşaqlar daha ağıllıdı. Bilirsən niyə? Ayaqqabılarını sən də tərs geyinsən bilərsən... Toyuqlar ağaca qonmamış,qalanın yanından bic-bic baxan pişik dovşan balasını yeməmiş,bir də ki, mən acmamış mənə məktub yaz. Axşama yenə ət yeyəcəyik deyəsən... Nə qədər ki, uzaqlardayam, mənə yaz....
***
Sənə uzaqlardan ikinci məktubumu yazıram.İndi hər şey fərqlidir. Nə mən ağacın altındayam, nə toyuqlar ağacın üstündə. Yağış yağır. Portret yaratmışam. Köhnə taxta pəncərədən yerə daş kimi çırpılan vəhşi yağışa baxıram. Tərpənmirəm, donmuşam.Şəkil kimiyəm.Dovşanın gizləndiyi yerdən pişiyin səsini eşidirəm. Yağış yağır, mən uzaqlardayam. Səndən də uzağam, dovşandan da. Nə ona nə sənə çatır əlim.Darıxıram, üşüyürəm. Fransanı düşünürəm indi. Parisdə olmağı arzulayıram. Bilirəm ki, bu il gedə bilməyəcəyəm Parisə. Bəlkə də heç caxt görə bilməyəcəyəm Temzanı.Ancaq indi uzaqdayam. Səndən də, Parisdən də evimizdən də uzaqda. Uzaqlardan məktub yazmaq gözəldi...Səhər açılmamış,yağış kəsməmiş, pişik dovşanı yeyib bitirməmiş sən də mənə məktub yaz... Nə istəsən yaz, amma yaz. Uzaqlarda, uzaqlardan məktub gözləmək də gözəldi. Sən də uzaqdasan, mən də... Mənə yaz....
***
Uzaqlardan yazılan 3-cü sonuncu məktubumu oxuyursan indi. Sübh tezdən yazıram bunu sənə.Otlar yaşdı, hava soyuqdu. Yayda üşümək gözəldi. Eyvandakı qoca qarı yağışın ritmini tutur qarışdırdığı şirinçay stəkanına çırparaq qaşığı.Yağışda pişik də yazıq görünür, dovşanımı yeyeən pişiyə acıyıram indi. Balaca bir taxta parçasını üstündə oturmuşam.Əynimi qalın geyinmişəm.Taunu oxuyurdum bayaq. O xəstə insanları düşünürəm. Yaralarını gətirirəm gözümün önünə. O həkimə də acıyıram... Uzaqlarda səhər gözəl açılır.Yağışdan sonra çıxacaq günəşi gözləyirəm.Göy qurşağı görmək arzusuyla uzaqlara baxıram... Həm də sənə sonuncu məktubumu yazıram... nə qədər ki, havadan barıt, müharibə iyi yox, yağış iyi gəlir mənə cavab yaz.... |
|
Baxılıb: 281 |
Əlavə etdi: Narmin
| Reytinq: 0.0/0 |
| Şərhlər: 5 | |
0 5
İlqar (26.01.2011 07:45)
Paris-Temza qarsilasdirmasi superdi. Bir de gunes ve bacadan cixan tustu. Ellerine,ureyine sagliq
Cavab: teshekkurler!
|
0
Bu qədər məktub həsrətindəykən məktubsuz qalmaq.... Ürəyinizə sağlıq.
Cavab: Teshekkur edirem... ugurlar
|
0 3
ZAUR (01.09.2010 00:51)
Nermin,Seni tebrik edirem!Bir cox yerlerde tekrara yol versen de,amma umumilikde gozeldi.
Cavab: tesekkur edirem, Zaur!
|
0
 Uzaqlara məktublar.(Nərmin Hüseynzadəyə ithaf olunur.) Salam,dost.bu uzaqlardan sənə yazdığım ilk cavabımdır.Soruşursan necəyəm.Yaxşıyam demirəm çünki sən mənim dostumsan deyə sənə qarşı rəsmiyyətə lüzum görmürəm.Yox,narahat olma səhətim yaxşıdır,evdə də salamatçılıqdı.Sadəcə... Bilirsən, insan xoşbəxt olanda yalnızlığını hiss eləmir,amma bir gün xoşbəxtlik pərdəsi gözündən çəkiləndə həyat bütün həqiqətləriylə gözün girir.Mən necə yalnız olduğumu indi anlamışam.Bəlkə də inanmazsan,amma sanki sənin musiqiyə qulaq asa-asa mızıldandığını eşidirəm.Səsin məni güldürür.Mənsə səndən fərqli olaraq kresloda oturmuşam yerim də rahatdı amma yenə də uzaqdı.Uzaqda heç vaxt rahat olmaq olmurşAdamın ürəyi sıxılırSən də uzaqdasan.Ən azından bizi birləşdirən bir cəhət var. Bizi ruhən birləşdirən uzaqlar həm də bizi ayırır.Paradoksu görürsən?:) Bu da mənim boş-boş danışmağımdı.:)Qaldı sənin rənglərə qarşı ayrıseçkiliyinə,bu normaldı.Çalış ki,həyatın rənglərini də seçib bir-birindən belə asanlıqla ayırasan...Heç vaxt çirklnməkdn qorxma,çünki həyat çirklənməkdən qorxanları sevmir.Ayaqqabıları ona görə tərs geyinmisən ki,hamı kimi olmaq istəmirsən.\bunu mən də yoxlamışam Uşaqlar ona görə daha ağıllıdırlar ki, onlar uzun-uzun düşünüb vəziyyəti analiz etmirlər.Həyat düşünənləri çox incidir.Növbəti məktubunu almaq ümidiylə Dovşanlar da bəxtəvər deyil,Nərmin.Onların həyatı canavardan,tülküdən ,çaqqaldan qaçmaqla keçir.:) ***** İkinci məktubunu aldım.Sözün açığı bu məktubu aldığıma görə sevindim.Çoxdandı kiminləsə məktublaşmırdım.Çoxdandı deyəndə ki, sən məktubla danışdığım ilk həmsöhbətimsən. Yazırsan ki,orda yağış yağır.Burda da yağış yağır.Qulaq as, bəlkə sən çox da uzaqda deyilsən?Bəlkə yollar və məsafələr bizi aldadır? Güzgüyə bax gör məni görə biləcəksən? Sən yazdıqca mən də yazacam. Bir –birimizdən çox da uzaqlaşmamışkən yaz mənə... ***** Bu deyəsən sənə sonuncu məktubum olacaq.Çünki mən gəlirəm.Səni görməkçün uzaqlara gəlirəm.Gözlə məni SON
|
|
|
|
|
 |