Xəyal dünyam...
Pis olmasa yaxşının qədri bilinməz-deyib atalar.Çox vaxt təsəlli etdim bu sözləri özümə.Hər pisliyi gördükcə yazşını tapacağıma inandırdım özümü.Beləcə, öyrəşdim pisliklərə...
Əvvəllər düşünəndə belə sarsıldığım hadisələr indi başıma gəlsə də təəccübləndirmir məni.Bəzən böyüməkdən qorxuram.Çünki,uşaq olanda ətrafımda baş verən dəhşətli hadisələrə biganə qalmağı bacarırdım.Bəlkə də dərk edirdim,təəsirlənirdim ancaq “uşaqlıq” sözünün arxasında gizlənirdim.Problemimsə ancaq oyuncaqlarım,saçsız qalmış gəlinciklərimlə idi...
Təəssüf ki,indi nə “yeniyetməlik” nə də gənclik sözləri kömək etmir mənə problemlərdən,ikiüzlü insanlardan,yalanlardan qaçmaq üçün.Əksinə zaman keçdikcə daha çox qarşılaşıram belələri ilə.Beləcə də böyüyürəm.
Bilmirəm bəlkə də bu,həyatın qanunudur. Axı,pis olmasa yaxşının qədrini bilmərik...
İşə bir bax, qədim Yunan filosofu Diogen kimi,gündüzün günorta çağı əli çıraqlı “İNSAN” axtarıram.Yalansız,xəyanətsiz,ruh oxşayan,gözəlliklərlə,yaxşılıqlarla dolu olan MƏKAN axtarıram...!
02.08.09 |