Yaşamaq gözəldir!!! - 17 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 17 » Yaşamaq gözəldir!!!
21:42
Yaşamaq gözəldir!!!
Dünyaya gəlməmişdən bir az əvvəl idi...Yaz ayları idi səhv etmirəmsə.Mən hələ yerə enməmişdim mələklərlə  bərabər göydən seyr edirdim dünyanı.Çox gözəl görünürdü...Canlıların əşrəfi insandır deyirlər.Odur ki,insan olmağa tələsdim.Və nəhayət tərk etdim səmanı,soyundum mələk paltarımı yerə endim.İnsan oldum.
Doğulanda həkimlər də anlamışdılar mələk olduğumu bəyaza bükmüşdülər məni.Digər uşaqlardan fərqli olaraq ağlamamışdım da. Çünki,özüm tələsmişdim dünyaya gəlməyə.Mənə,atamın nənəsinin-dünyasını yenicə dəyişən qarının adını qoymaq istədilər.Etiraz etdim!Çünki o qarının da ruhu göylərdə idi.Mən ki,yenicə enmişdim yerə.Anam anladı məni,Nərmin qoydu adımı.Nərmin-“ruh oxşayan”,”ürəyə yatan” deməkdir.İlk hədiyyəni anam verdi mənə beləcə.Düşərli oldu...Hələ də uğur,sevinc gətirir mənə...Qaldı ki,dünyanı tərk etməyə, hələ belə bir fikrim yoxdu.Yaşamaq daha gözəldir.Acısı ilə,sevinci ilə bərabər.Ancaq, Allahdan bir diləyim var.Dünyaya gətirdiyi kimi bəyazla qaytarsın məni səmalara.



Baxılıb: 353 | Əlavə etdi: Narmin | Reytinq: 4.5/2
Şərhlər: 3
+1  
2 Hiko   (26.10.2009 22:14)
Melek olmagini,etefurullah,ancaq yaxsi insan oldugunu deye bilerem.Good Luck!

0  
3 Narmin   (28.10.2009 21:18)
Cox sag ol Hikmet.
smile

+1  
1 NICAT   (21.10.2009 23:34)
Sen hele de meleksen,UGURLAR

Adınız *:
Email:
Tehlukesizlik kodu *: