Yepyeni dünyam. - 15 Октября 2009 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Oktyabr 2009  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Oktyabr » 15 » Yepyeni dünyam.
16:30
Yepyeni dünyam.

Bu gecə özümə yeni bir dünya qurdum yuxumda. Qıpqırmızı,göz qamaşdıran dünya! İnsanları da özü kimi fərqli idi dünyamın.Onlar danışa bilmirdilər gözlərindən anlayırdilar bir-birlərini. Ona görə də yalansız idi dünyam.Gözlər, qəlbin aynasıdır qəlb isə yalan deməz heç vaxt!
Dünyamda bir-birinə sevgi ilə baxan gözlər,məhəbbətlə döyünən ürəklər də vardı. Xəyanətsiz idi dünyam!
İsinmək üçün məkan,ocaq axtarmırdı insanlar. Hamı məhəbbəti,baxışları ilə isidirdi bir-birini. Xoşbəxt idi dünyamın insanları ancaq,mən xoşbəxt ola bilmədim öz dünyamda. Çünki, sizin dünyanız özü kimi məni də çirkinləşdirmişdi artıq.Mən gözümlə yox dilimlə danışıram dil isə yalana tərəf qaçır çox zaman...Qırmızı, xoşbəxt dünyamda qara nöqtə kimi görünürdüm uzaqdan.Çünki mənim onların sevgi dolu gözlərinə dikilmiş gözlərim kiməsə kin, nifrət dolu da baxıb nə vaxtsa. Ona görə anlamırdım onları....
Kaş ki mən öz dünyamı anamın bətnində olarkən,sizin dünyanızın havasını udmamış,suyunu içməmiş yalanlarıyla zəhərlənməmiş quraydım.Çox təəssüf...
Zəngli saatın səsi qaytardı məni real həyata. Ancaq dünyamın nurlu işığı hələ də gözlərimdədir.






















Baxılıb: 328 | Əlavə etdi: Narmin | Reytinq: 4.0/1
Şərhlər: 5
0  
5 Dost   (21.10.2009 23:37)
Maraqlidi Nermin xanim.

+1  
3 vaqif   (19.10.2009 23:04)
ehsen sene kanka ehsen.sen de insallah xosebext olarsan cunki buna layiqsen...

0  
4 Narmin   (19.10.2009 23:11)
sag ol Vaqif

+1  
1 nane   (16.10.2009 23:34)
Gozel dunyan,gozel dusuncelerin var. ugurlar

0  
2 Narmin   (16.10.2009 23:36)
sag ol.

Adınız *:
Email:
Tehlukesizlik kodu *: