Dünyaya yazığım gəlir lap.Eyni istiqamətə doğru nə qədər fırlanmaq olar bir oxun dalıyca bu qədər yuklə.Özü də ki,yavaş-yavaş...Qocalıb dünya Bəzən fikirləşirəm ki,kaş dünyaya milyin illər bindan qabaq gələrdim.Dünya hələ gənc olanda...Onda daha maraqlı,daha sürətli olub yəqin ki.Bəlkə elə ona görə də heyvanlar da çox böyük olublar.Dinazavırları nəzərdə tuturam.Böyük olublar ki,sürətlə fırlanan dünya yıxıtmasın onları.Bildiyimə görə indiki hind toyuqları da onların nəslindəndir.Xarici görünüşdən oxşayırlar doğurdan da.Ancaq ölşçülərindəki fərqə bir baxın! Maraqlıdır... Bir hadisıəni xatırladım.Coğrafiya dərsində qlobusun üzərində dünyanı tanıdırdı müəlliməmiz bizə.Düzü məni başqa bir şey maraqlandırırdı. "Bəs onun içində nə var deyə soruşmuşdum.Bunun da, dərsi pozmaq üçün işlətdiyim növbəti cəhd olduğunu düşünmüşdü müəlliməm.Bir neçə saniyə mənə acıqlı baxıb dərsə davam etmişdi.Cavabsız qalmışdı beləcə bir sualım.Böyüyəndə bilərəm deyə təsəlli vermişdim özümə.Ancaq, hələ də bilmirəm bu yumru şarın içində nə olduğunu.Əgər boşdursa nə gözəl... Bir dəfə hansısa şairin "Bizim dünya” adlı mənasız şeirini oxumuşdum.Maraqlıdır görmədiyin,gəzmədiyin bir yerə necə "bizim,”mənim” demək olar axı? Hə, bir şeyi də xatırladım.Tanıdığım bir qarı var rayonumuzda.Burnunu doqqazlarından kənara çıxarmayıb ömründə.Digər taleyi ona oxsar qarı rəfiqəsi haqda belə bir şərh vermişdi qeybət əsnasında "Dünya görmüş arvaddı”(bu tərifdi arvad sözünün işlənməsinə baxmayaraq) Maraqlıdır,görəsən o arvad dünyanı harda görüb elə? Nə deyim? Allah bizə də qismət etsin!
|