Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Dekabr 2009  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Dekabr » 15 » İstəmədən doğulub,təəccüblə yaşayib, həsrətlə öldü qoca...
21:05
İstəmədən doğulub,təəccüblə yaşayib, həsrətlə öldü qoca...

 Balaca,köhnə daxmasında,qırıq çarpayısında uzanıb xırdaca gözlərini saralmış,köhnə tavana dikmişdi qoca.Elə diqqətlə baxırdı ki,elə bil tavanda bütün həyatını görürdü o.   Güzgü kimi...Ağ-qara kino lenti kimi... Bütün vücudu hərəkətdən dayanmışdı sanki qocanın.Təkcə gözləri baxırdı...Balaca güclə açılan gözlərindən süzülən yaş bir az rahatlaşdırdı onu. Bəlkə də, indi baxdığı o tozlu güzgünü,həyat güzgüsünü yuyurdu bu göz yaşları. Qoca ta əvvələ,uşaqlığına qayıtmışdı.Qayğılı,kədərli uşaqlığına. Kiçik yaşından atasının itirdiyi üçün evin bütün çətinliyi,yükü,onun çiyinlərində idi. Dünyaya gələndən lənətlənmişdi elə bil o...Bu çətinlikləri xatırlaya-xatırlaya xəyalən böyüyürdü qoca. Bir tikə çörəkçün nələr etməmişdi o... Sonra...sonra, lənətə gəlmiş müharibə! Həyatındakı ən böyük dağı müharibə çəkdi ona.Hər iki ayağını itirdi müharibədə.Sahib olduğu ən gözəl şeyi, azadlığını itirdi bununlada.Möhtac oldu...Ancaq,bu bədbəxt qocanın heç möhtac olmağa kimsəsi də yox idi...Belə,dərdlə qocaldı...qocaldı...qocaldı ”qoca”. İndi onun bircə, kədərli taleyinin,müharibənin ona bəxş etdiyi ən böyük hədiyyə olan ,yarımçıq bədənindən,köhnə daxmasından,sınıq çarpayısından və onu çox incidən bu saralmış tavandan başqa heç kimi yox idi qocanın.

 Bədbəxt qoca!

   Dünyaya istəmədən gəldi,təəccüblə yaşadi və ən pisi də,həsrətlə öldü.Bir qayğının,nəvazişin,isti baxışın,xoş sözün...Sevginin həsrəti ilə öldü.Elə o saralmış tavana,həyatının güzgüsünə baxa-baxa gözü açıq öldü...

Baxılıb: 740 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 Tokay   (15.12.2009 22:21) [Материал]
Nermin çox yaxşı nöqteye işaret elemisen.Senin yaşta bir qızın bunları düşüne bilirse artıq senin yolunun açıq olduğunu düşünürem.Senin kimi genc Azerbaycanda barmaqla sayabilecek qeder az olduğunu düşünürem.Halal olsun sene yazmağa davam ele.
Cavab: Sağ ol Tokay! Bilirəm ki,bütün yazılarımı ilk olaraq sen oxuyursan serh ilk defe yazsan da))) çox sağ ol...

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər.
[ Qeydiyyat | DaxilOL ]