Platonla yazışıram çoxdandı.Ona internetlə yazılarımı göndərirdim.O isə həmişə standart bir cavab yazırdı.(Platon: :-)) Düzü bu şablon cavab bezdirmişdi məni.Hər dəfə mənə cavab olaraq göndərdiyi bu gülüş işarəsinin nə məna kəsb etdiyini anlamırdım heç cür.Oturub saatlarla bunun nə demək olduğunu düşündüyüm vaxtlar da olub.Fikirləşdim ki,yəqin bu kişi yazılarıma yox mənə gülür,ya bizim əlifbanı bilmir, ya da ki,hamısı xoşuna gəlir.Bu :-) isarə də razılıq əlamətidir. Ancaq konkret cavab tapa bilmirdim ki,bilmirdim... Və nəhayət bunun səbəbini platonun özündən soruşmaq qərarına gəldim.Ona yazdığım e`maili heç bir şərhsiz təqdim edirəm: "Salam cənab Platon.Ümüd edirəm ki,yaxşısınız.Məni çoxdandır bir sual düşündürür.Nəyə görə bütün göndərdiyim yazıları gülüş işarəsi ilə cavablandırırsınız? Cavabınızı səbirsizlikləı gözləyirəm...NƏRMİN...” Səhər yuxudan duran kimi,ilk gördüyüm iş kompyuteri açmaq oldu.Aha,bir oxunmamış məktubum var.Platondandır. "İndiki gənclər heç nəyə yaramır” Hörmətlə:”Platon” Aylardı cavab gözlədiyim Platondan mənə gələn cavab bu oldu.Kaş bu dəfə də gülüş işarəsi göndərərdi bunun əvəzinə. Təbii ki,Platonun bu cümləsindən sonra bir neçə saat depresiyada oldum.Çox qəzəblənmişdim.Nəhayət,özümü ələ alıb yenidən komputer masasına əyləşdim.Sərt bir cavab yazmaq qərarına gəldim.Yazdığım cavabı yenə də şərhsiz olaraq təqdim edirəm. "Hörmətli Platon müəllim! Bilsəydim ki,sizdən alacağım cavab belə olacaq inanın ki,aylarla gözləməzdim!Bu nə deməkdir axı?Bir gənc kimi, özümü təhqir edilmiş hesab etdim! Düzü,sizdən gözləməzdim!” SEND... Hə,elə beləcə də göndərdim.... Aqressiyam Plutonu sirkələdi deyəsən.Söhbətimizi "agent”de davam etdirməyi təklif etdi.Mən də razılaşdım. Dialoq.... -Hə,balaca düz demirəm? -Üzr istəyirəm məndən yaşca çox böyüksünüz ancaq söhbət dürüstlükdən gedirsə gəlin əyri oturub düz danışaq. Yox,siz düz demirsiniz! -Niyə belə fikirləsirsən? -Necə yəni niyə cənab Pluton? Biz gənclərin heç nəyə yaramadığını nəyə əsaslanaraq deyirsiniz? -Nəyə əsaslanaraq? Gəncin biri sən! Nəyə lazımsan? -Nəyə? (tutarlı bir cavab axdarmaqdayam) Hələ ki,Universitetə təzə qəbul olmuşam.İnşallah oxuyub qurtarandan sonra bir az da əcrübə toplayıb tərcüməçi olacam.O zaman lazımlı birisi olacağam. -Aha onda niyə biu qədər aqressivsən? -Axı siz indiki gəncləri lazımsız adlandırdınız! -Düzdür adlandırmışam üzərində də dayanıram dediyim sözün! Mən indiki gənclər dedim qızım! Sən tərcüməçi olanda "indiki gənc” olmayacaqsan axı... -yaxşı məni qoyaq bir kənara.O qədər gənclər var ki,çox işlərə yarayan.Bəs onlar? -Onlar qoy özləri dillənsinlər.Mən bu sözü ilk dəfə sənə demirəm ki,çox yerdə işlətmişəm ancaq heç narazılıq edən olmayın mənə. -... -... Bir az da kobudluq etmək istəmədim.Nə də olsa kötücəsi yaşdayam.Tərbiyəm yol vermədi...Sağollaşası oldum Platonla.
Ancaq, bu o demək deyil ki,razılaşmışam onunla.Əsla! Neyləmək olar yaşlı adamdır bu da onun fikridir. Amma bir şeyə əminəm ki,bu Platonla sonuncu yazışmam idi.Bir də nə yazdıqlarımı ona göndərənəm,nə də ki,hal-əhvalını soruşan!
Yaxşıdır. Ümumən Nərmin sənin ilgi sahən çox genişdir. Önəmli olan da budur. Tarix, fəlsəfə və... Platona yazdığın bu məktub və yazışmalarınızda çox yaxşıdır. Əminəm ki, bəlkə 4-5 ildən sonra bir daha Platonu xatırlayıb ona məktub yazacaqsan. O zaman fəlsəfi dialoqlarınız olacaq. Yəni belə ki, görünür bu yolun sonu o yerlərə çəkəcək. Yalnız bir şey söyləmək istərdim. Burada "kötücə" sözü yerində deyil. Çünkü 2600 il bundan öncə yaşayan birisinin sən "kötücə"si deyil, "iticə"si olarsan. İticə, yəni artıq soyun tarixi axış içində itməsi deməkdir. "Kötücə" isə, soy kötüyünün hələ də bilinməsi deməkdir. Yəni "iticə" tarixilik baxımında ən son gəlir və "kötücə"dən də sonra gəlir. Oğul, nəvə, nəticə, nəbirə, nədidə, kötücə, iticə. Bunlar 7 soyu bildirən soykök sözləridir.
Cavab: salam.oxudugunuzcun tessekkur edirem.Duzelderem sehvimi. Desdeyiniz meni daha da ruhlandirir.
Her kes her hangi bi şeyde aslında kast edilen uc noktaları görmeye bilir.bu yüzden eyer platon da neyi kast etdiyinizi doğru anlıyamadıysam kusura bakmayın.ama genel olarak şu anlaşılıyor.palton(yani siz) gençlerin şimdiki hallerini, onunla sohbet eden genç (siz) görmek istediyini ve de böyle olduğuna ve olacağına inandığı tezini savunuyorsunuz.platona hak verdiyim taraflar şu:platon:evet ben hiç bir işe yaramadığınızı söylüyorum.ama siz buna ön yarqıyla yaklaşıyor,analiz etmiyor.bencilce davranıyorsunuz.ya da anlıyormuş gibi yapıb''e ünversite okuyoruz daha ne yapalım''diyorsunuz.böyle söylememden rahatsız oluyorsunuz ama suçu kendinizde aramıyorsunuz.böyle olmadığınıza kanıtlamak için hiç bir çaba sergilemiyorsunuz.size hakk verdiyim taraflar:cenab platon böyle söylüyorsunuz ama iyileri de onlara katarak azarlamaya hakkınız yok. yazıyla ilgili şerhim bu qeder. Seni kutlarım.Bu yazın daha eleştirisel ve uyarıcı olmuş.umarım gençler de uyanır.seni cesaretinden ve düşünceliliyinden dolayı tebrik ediyorum.bu yazı özel olmuş.yaşasın platonu bu sözleri dediyi için pişman olmaya zorlıycak, üniversiteyi her kes okuyor diye diyil,sadece para kazanmak için diyil,insanlığın ve geleceyin kurtuluşuna katkı saalamak için okuyan gençler.emin ol senin şu yazıyı yazmakla o platon ismi altında topladığın, gençliyin bu günü ve geleceyi için düşünen,inanan,ve çalışan bütün düşünceli insanların, gençliyin bu günü ve geleceyine olan inamlarını ve güvenlerini itirmemeleri gerekdiyine inandırıyorsun
Cavab: Salam Settar.Oxuduguncun sag ol.O yasli birisi olduguycun onunla ozum barede cox mubahise etmemisdim sadece))) Orda yazmisam ki,meni qoyaq bir terefe.Yeni ozum haqqında deyilenle onsuzda razi deyilem. bele. Basqa sualin olsa buyur
[color=red][size=18]YAWSIN ELMLER AKADEMIYASI...GENCLIKDE PIS CDEYIL AMA ELMLER DAHA GOZELDI MENCE
Cavab: He ay orxan....Bu boyda yazitya verdiyin serh budursa men sene ne deyim,yaziq Platonu öldürmüsdüm az qala ki, gənclərə o nə sözdü demisen.O aforizmin qarsisina bezi sozunu artirib isletmek olar eslinde.(bezi gencler hec neye yaramir)
Balaca,cox maraqli dialoqdu.Hardan aglina geldi Platonla sohbet etmek?:-) Bilirsen en cox ne xosuma geldi depresiya meselesi.Xeyli guldum.Zarafatcil olmagin yazilarindan da bilinir ay Nemiş. ugur olsun
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər. [ Qeydiyyat | DaxilOL ]