Məktub yazıram ancaq nə ünvanı, nə də istiqaməti bəllidir...Yox, fikrimi dəyişdim.Məktubu yola salmaq çətin məsələdir bir az, mən də ki,çətinlikdən qorxuram həmişə. Daha asan bir yol da olmalıdır. Aha, tapdım. Elektron poçt- bu, daha asandır... Menevizayollayın@qaçmaqisteyirem.com... -Salam, mənə viza lazımdı.Səfər etmək istəyirəm.Çox yox cəmi 3 günlük.Çox qala bilmərəm, görüləsi işlərim var burda.Cavabınızı səbirsizliklə neisteyiremyazıram@mail.ru ünvanında gözləyirəm. Hələlik... OK...SEND ....MAİL DOESN`T BE SENT...lənət şeytana getmədi. Ünvan səhvdir. Heyif... darıxıram@mail.net ... -Salam. Mən çox darıxıram. Heç məşqul olmağa məşğuliyyətim də yoxdur.Kömək edə bilərsiz? OK...SEND ....MAİL DOESN`T BE SENT... bu da getmədi.Eybi yoxdur atalar üçdən deyib.Növbəti cəhd...Yenə də alınmadı. Sən demə atalar da arada səhv edirmiş.Dünyanın hörümçək toru sevindirmədi məni.Nə isə... Aha, mənə indicə məktub gəldi. meslehet@mail.ru ünvanından. "Bəsdir kimdənsə hazır nəsə gözlədiyin!Viza almaq üçün universitetdə əlaçı olmaq,darıxmamaqçünsə kitab oxumaq daha yaxşı yoldur.Nəinki, mənasız mail-lər yazmaq...
"Məktub yazıram ancaq nə ünvanı, nə də istiqaməti bəlli deyil.." bu cümlənin sonundakı fel yanlış yazılmış. Belə olmalıdır: "Məktub yazıram ancaq nə ünvanı, nə də istiqaməti BƏLLİDİR..."