Cibimdən xəbəri olmayan dilənçi əlini mənə uzatdı.Ümüdlə gözlərimə baxıb kömək gözləyirdi.Son qəpiyimi,daha doğrusu evə getməkçün son ümüdümü ona verməli oldum. Beləcə uzun bir yolu ayaqla getmək məcburiyyətində qaldım və getdim...
Dilənçiyə pul vermək savab işdi deyirlər ancaq bu dəfə əksinə oldu dilənçi məndən pul almaqla savaba batdı.Çünki,mənə düşünməkçün zaman verdi. Özümə ayırmağa qıymadığım zamanı... Tüstüyə,zəhərə bürünən dumanlı şəhərə robota bənzər insanlara baxa-baxa düşünürdüm və elə həmin andaca insanların içini görmək keçdi ürəyimdən.Əslində bu heç də çətin iş deyil.Gözlərinə baxmaq belə kifayətdir qəlblərindəkini görməyə.Məsələn,yolun kənarında dayanan orta yaşlı bir kişi siqareti-siqaretə calayıb bayaqdan. Tüstü ilə boğur özünü.Bəlkə də özünü yox,özündəki dərdini.Yaxud da səkidə uzanıb ağanağlayan,şərab şüşəsinə sarılıb,öz-özüylə danışıb gülən bu cavan oğlan.Ondan 5-10 addım kənarda ağlı başında olmayan narkoman...
... Deyirlər ki,xoşbəxt insanlar hərəsi eynicür xoşbəxtdir bədbəxtlərin isə hərəsinin bir cür dərdi var...Bu, bədbəxtlər,gücsüzlər kimi...tab gətirə bilməyib dərdlərinə içlərində yeni,süni bir təskinlik mənbəyi tapıblar.Və bütün uğursuzluqlarıni,bədbəxtliklərini,tüstü,tütün,alkaqolla qidalanan ikinci "özlərinə” yükləyiblər...Bütün bunlar barədə düşündükcə çox xoşbəxt olduğumu anladım.Çünki heç vaxt narkotik dadmamisam,damarlarım,ciyərlərim,zəhərlənməyib xoşbəxtəm ki nəfsimin qulu deyiləm....Xoşbəxt odugum qədər də güclüyəm çünki, içimdə ikinci mən yaratmaq arzum yoxdu...
Bu düşüncələrlə çoz uzun görünən yolumu bitirdim...
... Barmağımı qapının zənginə basdığım an doğurdan da xoşbəxtliyin astanasında idim.Çünki,oxay deyib zoqquldayan ayaqlarimdan çəkmələrimi çıxardacaq,dilənçini sevindirmək üçün əllərimin ayaqlarıma etdiyi zülümə son qoyacaqdım...
SALAM BU YAZINIZ DAHADA MARAQLIDI ELE HAMISI.BILIRSINIZ NERMIN MEN YAZICILARDA SIZDE BEYENDIYIM BIR XUSUSIYYETI AXTARIRAM .....BEDII TESVIR.... SIZ BUNU COX GOZEL BACARIRSINIZ.HALAL OLSUN. MEN CALISDIGIM QEDER YAZILATINIZI OXUMAGA CALISIRAM.MELUM IMTAHANLARA BASIM ELE QARISMISDIKI TEZE-TEZE VAXT TAPIRAM INTERNETE QOSULMAGA.
Yaxşıdır. Əslində arasıra belə uzun yolçuluğun insanın ruhunun və xəyallarının qanadlanmasına yardımçı olmasını görürük. Bu, yalnızlıq deyil. Yeridikcə insanın xəyal enerjisi artır sanki. Bir velospetin əksik. Bütün yazılarını mən izləyirəm. Hamısında bir teknik qüsur var. Oxucunun zövqünü pozmamaq üçün yaxşı olar ki, yazıb qurtardıqdan sonra yazını bir daha oxuyub imla yanlışlıqlarını düzəldəsən. Kiçik bir yazıda bu qədər imla yanlışlığının olması xoş görünmür.
Cavab: cox sag olun Guntay bey.Diqqetli olaram bundan sonra.Tesekkur edirem