Xəbər arxivi - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Fevral 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
272829

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA səhife » Xəbər arxivi

  Bir binanın təməlini qoydum. 7 mərtəbədən ibarət fərqli,gözəl bir binanın. Ona görə fərqli ki,burda hər şey tamamilə mənə məxsusdur. Və mən bu binanı pillə-pillə tikdikcə ad qoyacagam.İlk mərtəbəmin adı inam,sonra ümüd,sonra arzu....Sonra daha böyük şeylər...Xoşbəxtlik qədər böyük. Həmişə ən çətin iş başlamaqdır deyirlər.Ancaq mənim başlanğıcım,yəni ilk pilləm-inamım çox asan yarandı.Bundan sonra hər şey onun üzərində qurulacaq.Ta ən sona...qədər.

Baxılıb: 228 | Əlavə etdi: Narmin | Tarix: 07.01.2010 | Şərhlər (2)

 Balaca,köhnə daxmasında,qırıq çarpayısında uzanıb xırdaca gözlərini saralmış,köhnə tavana dikmişdi qoca.Elə diqqətlə baxırdı ki,elə bil tavanda bütün həyatını görürdü o.   Güzgü kimi...Ağ-qara kino lenti kimi... Bütün vücudu hərəkətdən dayanmışdı sanki qocanın.Təkcə gözləri baxırdı...Balaca güclə açılan gözlərindən süzülən yaş bir az rahatlaşdırdı onu. Bəlkə də, indi baxdığı o tozlu güzgünü,həyat güzgüsünü yuyurdu bu göz yaşları. Qoca ta əvvələ,uşaqlığına qayıtmışdı.Qayğılı,kədərli uşaqlığına. Ki... Ardını oxu>>

Baxılıb: 296 | Əlavə etdi: Narmin | Tarix: 15.12.2009 | Şərhlər (1)


    Platonla yazışıram çoxdandı.Ona internetlə yazılarımı göndərirdim.O isə həmişə standart bir cavab yazırdı.(Platon: :-))
  Düzü bu şablon cavab bezdirmişdi məni.Hər dəfə mənə cavab olaraq göndərdiyi bu gülüş işarəsinin nə məna kəsb etdiyini anlamırdım heç cür.Oturub saatlarla bunun nə demək olduğunu düşündüyüm vaxtlar da olub.Fikirləşdim ki,yəqin bu kişi yazılarıma yox mənə gülür,ya bizim əlifbanı bilmir, ya da ki,hamısı x... Ardını oxu>>
Pərçim: Sekil 1
Baxılıb: 289 | Əlavə etdi: Narmin | Tarix: 11.12.2009 | Şərhlər (7)


   Dünyaya yazığım gəlir lap.Eyni istiqamətə doğru nə qədər fırlanmaq olar bir oxun dalıyca bu qədər yuklə.Özü də ki,yavaş-yavaş...Qocalıb dünya
  Bəzən fikirləşirəm ki,kaş dünyaya milyin illər bindan qabaq gələrdim.Dünya hələ gənc olanda...Onda daha maraqlı,daha sürətli olub yəqin ki.Bəlkə elə ona görə də heyvanlar da çox böyük olublar.Dinazavırları nəzərdə tuturam.Böyük olublar ki,sürətlə fırlanan dünya yıxıtmasın onları.Bildiyimə görə indiki hind toyuqları da onların nəslindəndir.Xarici görünüşdən oxşayırlar doğurdan da.Ancaq öl... Ardını oxu>>

Baxılıb: 263 | Əlavə etdi: Narmin | Tarix: 10.12.2009 | Şərhlər (3)


  Saat 4-un yarisidir.Yuxusuzluqla vuruşuram neçə saatdır. Bacara bilmirəm ki,bilmirəm.Bir Atalar məsəli yadıma düşdü.”Kasıbı aclıq basanda,bit də basar”. Düzdür indi məni nə aclıq basıb,nə də bit.Ancaq darıxmağın üstünə yuxusuzluq gələndə dəhştli bir şey alınır.Nə isə...

 Hər gün yuxudan duranda gün ərzində nə edəcəyimi düşünürəm.Daha doğrusu çoxdandı düşünmürəm.Çünki,ehtiyac olmur.Artiq monoton həyat keçirirəm.Səbirsizliklə rayonumuza,insanları,özü isti,söhbətləri,torpağı duzlu Kürdəmirə gedəcəyim günü... Ardını oxu>>

Baxılıb: 245 | Əlavə etdi: Narmin | Tarix: 23.11.2009 | Şərhlər (3)

 Bu gün həyatımda dəyişiklik etmək qərarına gəldim.Və etdim...Sevdim bu gün.Seçim etmək heç də asan olmadi mənə çox fikirləşdim,götür-qoy etdim və nəhayət qərar verdim.Qıymadım sevgimi başqasına verməyə,özümü sevdim.Təkcə özümü layiq bildim öz sevgimə...Beləcə ən gözəl paltarımı geyindim,saçlarımı daradım sevgilimlə görüşə getdim.Görüş yerimiz evimizin ən böyük aynasının qarşısı oldu.Güzgüdə gördük bir–birimizi. Diqqətlə baxdım gözlərinə.Sonra hər iimiz gülümsədik.Danışmağa başl... Ardını oxu>>
Baxılıb: 323 | Əlavə etdi: Narmin | Tarix: 29.10.2009 | Şərhlər (6)

       Tələbə mesajı

ANA,səninçün çox darıxıram....

Baxılıb: 272 | Əlavə etdi: Narmin | Tarix: 19.10.2009 | Şərhlər (4)


  Bu gün ancaq yaxşı şeylər barədə düşünmək qərarına gəldim.Səhər evdən çıxıb metroya sarı yollandım.”Gözəl” bir mənzərəylə üzləşdim.Bir-birini vəhşicəsinə itələyən insanlarla dolu vaqonlar gördüm.Sevindim…Necə də mehribanıq deyə düşündüm. Yoluma yeriyərək davam etmək qərarına gəldim.Dayanacaqdan kənarda dayanan sürücünün cərimə edildiyini gördüm.Sevindim:Çünki polis evinə pul aparacaq bu gün.Yolun kənarında əlil arabasında pul dilənən birini gördüm.Həmişəkindən fərqli olaraq bu dəfə ağlamadım,sevindim.Yeriməsə də gözləri görür deyə. Hasa ilə gü... Ardını oxu>>
Baxılıb: 233 | Əlavə etdi: Narmin | Tarix: 17.10.2009 | Şərhlər (1)

Dünyaya gəlməmişdən bir az əvvəl idi...Yaz ayları idi səhv etmirəmsə.Mən hələ yerə enməmişdim mələklərlə  bərabər göydən seyr edirdim dünyanı.Çox gözəl görünürdü...Canlıların əşrəfi insandır deyirlər.Odur ki,insan olmağa tələsdim.Və nəhayət tərk etdim səmanı,soyundum mələk paltarımı yerə endim.İnsan oldum.
Doğulanda həkimlər də anlamışdılar mələk olduğumu bəyaza bükmüşdülər məni.Digər uşaqlardan fərqli olaraq ağlamamışdım da. Çünki,özüm tələsmişdim dünyaya gəlməyə.Mənə,atamın nənəsinin-dünyasını yenicə dəyişən qarının adını qoymaq istədilər.Etira... Ardını oxu>>
Baxılıb: 319 | Əlavə etdi: Narmin | Tarix: 17.10.2009 | Şərhlər (3)

Növbeti “olmaz”, növbəti “qadağa”.Bu qadağalarla razılaşmaq məburiyyətim,zəifliyim.Və zəifliyimə görə aldığım təşəkkür,(ağıllı qızdır,deyilənlə razılaşır) tərif payım. Cavab olaraq süni təbəssümüm...Bax,insanlığın iyrəncliyi budur.Eşşək adlandırılan adamlar xoşbəxt insanlardı məncə.Xüsusi hörmətim var bu heyvanlara.Çünki,palcığa girmək istəyəndə mütləq girirlər...
Baxılıb: 241 | Əlavə etdi: Narmin | Tarix: 15.10.2009

« 1 2 3 4 5 6 »