Badə qaldırdılar
Mənim şərəfimə
Arzular dedilər...
əllərində şərab Allaha yalvardılar
Xoşbəxt olmağımı dilədilər
ondan
Diplom arzuladılar
Sonra,
ərə gedim deyə yenə doldurdular,
yenə içdilər...
ana olmağımı istədilər
yaxşı "arvad” olasan,
hə, elə beləcə də dedilər
Kişilər içib dua etdilər
Arvadları "amin” dedilər
Gözlərimə baxa-baxa,
Üzümə gülə-gülə qarğıdılar mənə...
Qəniminiz olsun içdiyiniz
Azadlığıma da için də bir qurtum...
|