Teqvim
| « Avqust 2010 » |
| B.e. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
| | | | | | | 1 | | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | | 30 | 31 |
Statistika
Ha-hazirda saytda 1 Qeydiyyatsız 1 Qeydiyyatlı 0
|
ANA səhife » 2010 » Avqust » 17
Dayanmadan yağan yağışın gecəyə geyindirdiyi don heç yaraşmırdı ona. Ölçüsü böyük, rəngi tünd... Bu uzun libas yerlə süründükcə, daşlara, otlara toxunduqca gələn səs məni eyvana çıxmağa məcbur etdi... - Dəyiş paltarını! - Niyə? - Yaraşmır sənə. Görmürsən necə böyükdü əyninə? Yerlə sürünür, səsdən yata da bilmirəm. Külək də bir yandan. Nə olub axı sizə? Nədi bu? - Təbiətin mənə hədiyyəsidi bu libas, çıxarmayacağam! - Uff, özün bilərsən, heç olmasa səssiz ol bir az...-deyib
...
Ardını oxu>>
|
Mən də sənin kimi gülə-gülə qaçırdım, bu balaca parkda. Hərdən yıxılıb dodaq da büzürdüm, balaca qız... eynən sənin kimi. Mənim də anam bax beləcə Arxanca qaçırdı, yıxılmayım deyə. Əlindəki gəlincikdən mənim də vardı, körpə Saçlarını yolardım onun eynən sənin kimi... Hə, balaca sənin kimi ağlağandım, İnadkardım Bax, o qıza baxdığın kimi, mən də baxardım uzunsaç qızlara tez böyümək istərdim, tez... Ancaq indi... Bu parkda gülə-gül
...
Ardını oxu>>
|
Balaca qız bir xeyli oturduğum skamyanın ətrafında fırlandı. Gözəl, qara gözləri ilə kənardan dayanıb mənə tamaşa edirdi. Sonra nə fikirləşdisə skamyaya yaxınlaşdı. Balaca,toppuş əlləri ilə dəmirdən yapışıb bir neçə dəfə yuxarı çıxmağa cəhd elədisə də alınmadı.Bu səhnə mənə maraqlı gəldiyi üçün ona kömək etmirdim.Bunu görən balaca acıqlı şəkildə mənə baxıb dilləndi. -Çöməy eyə dəə.yə baxıysan? Gülə-gülə toppuş qızı skamyada otuzdurdum.Balaca ayaqlarının yelləyə-yelləyə əllərini dizinin üstünə qoyub söhbət
...
Ardını oxu>>
|
…79 gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi, tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə,balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə,hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də,ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki,öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da la
...
Ardını oxu>>
|
- Az qalıb burdan getməyimizə, Zərifə. - Hə, lap az. Mən getmək istəmirəm. Getməkçün yerimin olmadığını düşünmək incidir məni.Sən neyləmək fikrindəsən? - Atamı tapıb öldürəcəm! - Zərifə! - Hə, öldürəcəm. Onsuzda kimsəm yoxdur. Öldürüb ömrünün qalan hissəsini də türmədə keçirərəm. Küçələrdə qalıb fahişə olmaqdan ki, yaxşıdı kaloniyada dustaq olmaq. - Necə öldürəcəksən, Zərifə? Belə şeylər danışma! - O anamı necə öldürüsə mən də onu elə öldürəcəm, Mələk. Kürəyinin ortasından uf demədən bıçaq san
...
Ardını oxu>>
|
Gecənin özü səda, Sonu sükut Saat çıqqıldayır əqrəblər köklənib "do"-ya layla çalır sükuta Və birdən Deyingən bir qarı, Qarı ilə oynayan, Yarpaqları döyən Külək... Və bir də Gecənin əynindəki Qara libasdan asılan Bəyaz geyimli xoşbəxt mən... Ya da Gecənin özü sükut Sonu səda...
|
Səni, Şizofren Möhkəm danışan Dəli kimi gülən Düşünməyən Qəfildən ağlayan Qırmızıda dayanıb Yaşılda maşınlarla Yarışan Sevən, Sevilən Atılan Aldadılan Yıxılan Duran Ağlayan Sonra bolluca gülən Bir azca adam Daha çox, Kəsilmiş əlinin Qanını sovuran Beləcə ağrını dadan Ortaq dostumuzdan Qapqara bir qızcığazdan Səndəki məndən Məndəki özümdən Tanıyıram...
|
Yox, belə olmaz... Danışmalıyıq, Azərbaycan! Sənə böyük hörmətim var. Ona görə də nə anam, nə bacım nə də canım sözlərini qoşmayacam adının yanına. Kişilər bir-birini söyəndə anadan, bacıdan başlayırlar. Söydürməyəcəm səni. Canımda da ki, səni daşıya biləcək qədər güc yoxdu. İcazə ver səni eləcə adınla çağırım. Belə daha möhtəşəm olursan! Yalnışlıqılarla dolusan, Vətənim. Şəxsiyyətini təsdiqləyən vərəqin üstündəki Azərbaycan vətəndaşı sözü ilə fəxr edən səfehlərini tanıyıram.Halbuki m
...
Ardını oxu>>
|
Eh qadınnn! Dilimin belə gücü çatmır adını tələfüz etməyə. 5 hərfə sığdıra bilmirəm ağırlığını, ədalətsizcəsinə n-ya yüklənirəm! Sən həmişə bədbəxtsən! Bu gecə sənə görə bolluca ağladım, qadın! Əlindəki çatların bəxtin kimi qaralığına, dərinliyinə, sığala gəlməyən qıvrım uzun saçlarına, gözlərindəki dərdə hönkürdüm!...... İstedadsızlığıma bağışla məni, səni yaza bilmədim........
|
Roman qoyacağam adını Yazacağam səni sətir-sətir gözlərimin önündə böyüyəcəksən sən mənim romanım olacaqsan kədərini sevincini körpəykən sevdiyin, qoynunda ovunduğun ananı çiyinlərinlə necə ovutduğunu yazacağam Sən mənim bitirə bilməyəcəyim Romanim olacaqsan. Doğumunla başlayıb, Ölümümlə yarım qalan Romanım......
|
Badə qaldırdılar
Mənim şərəfimə
Arzular dedilər...
əllərində şərab Allaha yalvardılar
|
Of, necə kədərli gecədir, dost
Darıxıram,ağlayıram,düşünürəm
İlk dəfə
bu qədər işin hamısını eyni anda görürəm
yoruluram...
Bir qurtum çayla
Böyük bir
Şokolat parçası yeyirəm
|
|
|
 |