Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Avqust 2010  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Avqust » 17 » Əclaf....
18:37
Əclaf....

- Az qalıb burdan getməyimizə, Zərifə.
- Hə, lap az. Mən getmək istəmirəm. Getməkçün yerimin olmadığını düşünmək incidir məni.Sən neyləmək fikrindəsən?
- Atamı tapıb öldürəcəm!
- Zərifə!
- Hə, öldürəcəm. Onsuzda kimsəm yoxdur. Öldürüb ömrünün qalan hissəsini də türmədə keçirərəm. Küçələrdə qalıb fahişə olmaqdan ki, yaxşıdı kaloniyada dustaq olmaq.
- Necə öldürəcəksən, Zərifə? Belə şeylər danışma!
- O anamı necə öldürüsə mən də onu elə öldürəcəm, Mələk. Kürəyinin ortasından uf demədən bıçaq sancacam. Uf demədən.Öldürməmişdən əvvəl mənə olan borcunu da ödətəcəm.
- Nə borcu ?
- Sevəcək məni, Mələk.Atam məni sevəcək.
***
- Şef, iş üçün iki qız gəlib.
- Qəşəngdilər?
- Hə, qəşəng və gəncdilər. Götürək?
- Əlbəttə götürək.bizim ki, belələrinə ehtiyacımız olur.
Gəlin qızlar,sizi barımızla tanış edim.Hər ikiniz ofisyant olaraq işləyəcəksiniz.Gəlib-gedən müştərilərə xüsusi nəzarət edəcəksiniz.İcazəsiz buranı tərk etmək,müştərilərə qarşı kobud olmaq,şefin və mənim sözümdən çıxmaq qətiyyən olmaz. Əvəzində isə bütün ehtiyyaclarınızı ödəyəcəyik. İşdən sonra o küncdəki otaqda dincələ bilərsiniz.Uğurlar sizə deyib oğraş baxışlarıyla qızları süzdü.
Mələklə zərifə ilk iş günlərinə başladılar beləcə.Ancaq qisas barədə düşünən Zərifə səbirsizliklə şefi olan atasını görmək,illərdi yaşadığı acının əvəzini çıxmaq istəyirdi ondan.Bütün gün yalnız atasını öldürmək, qisas almaq barədə düşünürdü.

- Axşama barı hazır edin, yuxardan möhtəbər qonaqlarımız gələcək.Afisyantlara, qızlara tapşır xüsusi hazırlıq görsünlər.
- Hansı qızları ərmağan edəcəksən qonaqlarına, şef?
- Hansı məsləhətdir?
- Məncə təzə gələnlər.İkisidə gözəldir.Ancaq birinin gözəlliyi lap xüsusidi.Əsl qonaqlara laiq qızdır.
- Yaxşı nə deyirəm.Necə məsləhətdir. Get xəbərdarlıq et.
- Artıq etmişəm, şef.Mən işimi yaxşı bilirəm
Qapı döyüldü, Zərifə əlində bir zərflə otağa girdi. Şefə yaxınlaşıb bu sizədir ancaq kimdən gəldiyini bilmirəm dedi.Bu an köməkçi Zərifəni işarə edib şefə göz vurdu.Zərifə isə tələsik özünü qapıya çatdırdı.
- Bax, şef. Təriflədiyim qız bu idi. Ağıllı,sözəbaxan qızdı təklifi verən kimi həsini aldım.Qonaqlar razı gedəcək bizdən. Hə, unutdum soruşmağı. O nə zərfdi, şef?
- Bilmirəm nədir.Birazdan baxaram, indi ancaq qonaqlar barədə düşünə bilirəm.
- Bəlkə önəmli bir şeydi.
- Yaxşı mən açım baxım, sənsə get işçilərə nəzarət et. Hə, birdə o bayaqkı qıza de mənə çay gətirsin. Bir də nəzərdən keçirim onu.

...Şef zərfi açdı.içindən balaca bir kağız çıxarıb oxumağa başladı. "Burda satdığın qızlardan biri sənin qızındır.İllərdi uşaq evində böyüyən qızın” Donmuş halda cümləni bir neşə dəfə təkrar edib heç vaxt keçirmədiyi qəribə hisslər keçirdi.Elə bil,oxuduğu bu bir cümlədəki həriflər hərəsi ağır bir daş kimi asıldı boğazından. Rəngi boğuldu. Əlini zülümlə boğazına aparıb qalustukunu dartışdırdı.gözləri yerindən çıxacaq qədər bərəlmişdi. Hə, onun qızının artıq 18 yaşı olmalıydı.Uşaq evindən çıxmaq vaxtıydı.Nə qədər edirdisədə cinayətinin yeganə şahidi olan qızını yadına sala bilmirdi. Bəlkə dünən bərabər olduğumdu mənim qızım?, bəlkə ondan əvvəlki? Bəlkə dostuma hədiyyə etdiyim? bəlkə o uzunsaç sarışın qız? Ya da o birisi? Kimdi axı? Hansıdır? Deyə dəli kimi qışqırmağa başladı.Çətinliklə oturduğu stuldan qalxıb qapıya tərəf getmək istədi. İki addım atmışdı ki,ürəyini tutub dizləri üstə yerə oturdu. Bu an zərifə içəri daxil oldu. Atasının yerdə çapaladığını görən Zərifə əlindəki çayı yerə dağıdıb qeyri ixtiyari qışqırmağa başladı.Səsə hamı otağa yığışdı. Təcili yardım maşınının səsi, işçilərin səs-küyü, Zərifənin hönkürtüsü-hər şey bir-birinə qarışmışdı.
Zərifə elə təcili yardım maşınında atasıyla birgə xəstəxanaya getdi. Uzun müainələrdən sonra çətinliklə olsa da həkimlər xilas edə bildilər xəstəni.Reonimasiya şöbəsinə yatırıb, bir neçə gün xüsusi nəzarətdə saxladılar. Və bu günlər ərzində Zərifə bir saat belə atasının başı üstündən ayrılmadı. Bu bir aya qədər davam etdi. Yavaş-yavaş nəhayət, hər şey qaydasına düşürdü. Bu gün ilk dəfə atasına ayağa qalxmağa,otaqda yeriməyə icazə vermişdi həkimlər.Zərifə həyəcanlıydı. Əlində su içəri daxil oldu.Bu an şef həmşirənin köməkliyi ilə otaqda ehtiyyatla addımlayırdı. Zərifə əlindəki su qabını stolun üstünə qoyub dedi:
- Mən gəzdirərəm onu,xanım. Siz iynələrini hazırlayın vaxtına az qalıb onsuzda. Həmşirə razılaşıb otağı tərk etdi. Zərifə atasına yaxınlaşdı, diqqətlə üzünə baxıb asta səslə dilləndi:
- Gözlərim də tanış gəlmir, sənə? Onlar ki, dəyişməyib,şef! Bəbəklərimə diqqətlə bax, əclaf! Anamın ölüm səhnəsini görəcəksən orda. Sənə olan övladlıq borcumu ödədim. Kifayət qədər ödədim. Sağalmağını, ayağa durmağını istədim.Məndən aldıqlarının, verməli olduqlarının qisasını almaq üçün, ATA!
Köynəyini qaldırıb aylardı özünə dost sandığı bıçağı çıxardı. Atası donmuş halda ona baxır,nəsə deməyə çalışsa da, bacarmırdı. Zərifə anasının ölüm səhnəsini xatırlayıb cəsarətlə əlindəki bıçağı boyu qədər yüksəyə qaldırdı və ......

Yox,  bacarmıram Zərifənin əlini aşağı endirməyi, məndən qatil olmaz...

Baxılıb: 586 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər.
[ Qeydiyyat | DaxilOL ]