Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Fevral 2010  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Fevral » 22 » Dərdin mübarək, Bakı!
12:16
Dərdin mübarək, Bakı!
 Küləkli,dumanlı,tozlu zahirən gözəl,gözəl olduğu qədər də miskin,pinti Bakını dolaşmağa çıxdım bu gün. Ancaq həmişəkindən fərqli şəkildə.Nə tələbə,nə gənc qız,nə də ki,gənc yazar kimi.Sadəcə bir vətəndaş kimi...
Yolumu metrodan başladım.Əllərində qəpik mübarizə,hətta müharibə aparan qocalar , o tünlükdə bir-biriylə,”xoş” zarafat edən tələbələr qarşıladı məni. Böyük çətinlikdən sonra nəhayət ki,ekskalatora çatıb pilləkənlərin üstündə dayanmaq mənə də nəsib oldu.Düzü bir az canım qurtardı deyə sevinmişdim də.Bir-birini vəhşicəsinə itələyən insanlarla dolu vaqonları görəndə isə "əzab”-ın hələ qarşıda olduğunu anladım.Ancaq nikbin olmaq lazımdı devizini özümə xatırladıb gülümsədim bir az.İlahi, necə mehribanıq qucaq-qucağa dayanmışıq az qala.Heç kimə yıxılmaq üçün yer də qoymamışıq. Bu ki,gözəldi deyə təskinlik verdim özümə.Nəhayət metronu tərk edib açıq havaya çıxmaq da mənə nəsib oldu.Həmin anda halsız olduğum üçün o prosesin necə baş verdiyini tam olaraq xatırlamıram odur ki,təəssuratı ilə yaza bilməyəcəyəm.Əlqərəs...Böyük çətinliklə metronu tərk etdim.Qapıdan çıxar çıxmaz məndən daha gözəl geyinən 2 qaraçı kəsdi qarşımı. Həyatda olanlarımın,olmayanlarımın hərəsinin canına bir manat pul oxudular.Lap,vəzifə borclarını yerinə yetirmək üçün qiymət oxuyan məmurlar kimi. Yoluma davam etdim...
Kənarda dayanan, "zəlil”-ə yardım et deyib kömək dilənən bir "kor" gördüm.İlk baxışda yazıq dünya işığına məhrumdu deyib kədərləndim də. Ancaq nə yaxşı ki, ovcuna qoyduğum qəpiyin şəfası o andaca gözlərinə nur verdi bu"zəlil”-in. Qeyri ixtiyari yumulu gözlərini tələm-tələsik açıb qəpikləri sayıb ağzını büzməyə də macal tapdı "yazıq”.
  ...Bütün bunlarsız təsəvvür etdim bir anlıq bakını təmiz,səliqəli,sakit...Lap qədim Bakı kimi.Ancaq nədənsə qədim Bakı,deyəndə rəngsiz,boz-bulandıq bir yer gəldi təsəvvürümə. Bir anlıq Bakını bəzəyən elə dərdləridir deyə düşündüm.Rəngli dərdləri.

Aha,yeni binanın təməli qoyulub burdaca. Deməli, yenə toz udacaq bir xeyli müddət Bakı.Nə deyim,yeni dərdin, mübarək dərdli Bakı...

(Mədəniyyət qəzeti-2010)


Прикрепления: Sekil 1
Baxılıb: 657 | Əlavə etdi: Narmin | Reytinq: 5.0/1
Şərhlər: 3
0  
3 Shair_ruhu   (24.08.2010 23:30) [Материал]
Hami ele bilir ki boyuk medeniyyetin muhafize ocaxidir.Amma medeniyyet boyuk weherlerde boyuk izdihamlar terefinden tapdalanir.

0  
2 Ferid   (25.02.2010 13:30) [Материал]
ugurlar Nermin
Cavab: Sag ol Ferid. Sene de

0  
1 Tural   (23.02.2010 15:21) [Материал]
Uslubda deyisiklik var bu yazida ancaq buna baxmayaraq oz yolunu da saxlamisan. Eger hardasa bbir yazini gorsem altinda imzan olmayan senin oldugunu o deqiqe anlayaram. Demeli oz yolunu tapmisan inan ki bu cox yaxsi xususiyyetdir cox... Gozel geleceyin var tebii ki davam etsen.Ugur olsun sene HORMETLE TURAL
Cavab: Tessekkur edirem Tural bey

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər.
[ Qeydiyyat | DaxilOL ]