Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Yanvar 2010  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Yanvar » 25 » Hörük
12:45
Hörük
   Qız uzun,bir-birinə dolaşan dalğalı,şişkin,saçlarını 3 hissəyə ayırdı.Sonra hörməyə başladı.İlahi,bu mənasız saçlar necə gözəl,necə səliqəli görünürdü hörükle.İlk baxışdan adi görünən bu hörük çox düşündürdü məni.Bütün dolaşıq,qarışıq,səliqəsiz,lazımlı,lazımsız fikirlərimi bir araya toplayıb hörmək qərarına gəldim mən də.
  3 hissəyə ayırdım. Dost tanışlarımı bir,tanımadığım,sevmədiklərimi bir yerə yığdım.Bir tərəfdə isə özüm dayandım.Sonra hörməyə başladım.Sağdakıları soldakıların üstünə qoydum hər ikisini ortadakına qarışdırdım.Sonra yenə...yenə...davam etdim.Hördüm sevinci də, kədəri də,yalanı da,doğrunu da hamısını hörüb özümə qatdım.Doladım hamısını bir birinə.Uzun,upuzun bir hörük alındı.O qızın hörüklərindən də uzun oldu ancaq, onun kimi gözəl olmadı...Çünki,dostlarım içində süniləri, saxtaları var idi.Onlar qarışmadı mənim öz dünyama kənara qaçmaq istədilər pozdular sıranı.Sevmədiklərim,tanımadıqlarım içərisində sən demə mənə yaxın olanlar da var imış.Durduqları yerdən daha yaxına gəlmək istədilər onlar da pozdular sıranı.Elə mən də,mən də səhvlər etdim...Yaxsini pisin üstünə yığıb ört-basdır etməyə çalışirdım.Bəzən də əksinə,pislər önə keçirirdi. Əvvəlcədən səhv qurmuşdum sıranı.Gərək,pislə səhvi,yaxşıyla düzü yanaşı qoyardım...Mübahisə edib hörüyümü pozmasınlar deyə.
...Alinmadı,dostla yadı,səhvlə düzü bir arada saxlamağı bacarmadım.Fikirlərimi nizama salmağı bacarmadım.Açdım hördüyüm hörüyü hər şey yenə əvvəlki kimi qarışıq, dolaşıq oldu.Nə isə...belə daha yaxşıdı.



Прикрепления: Sekil 1
Baxılıb: 1590 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 2
0  
2 zoluska   (08.02.2010 17:11) [Материал]
SALAM NERMIN XANIM NECESINIZ?ARTIQ MENIM KIM OLDUGUMU BILIRSINIZ.OZUM DEMIRDIM CUNKI YAZILARINIZI DOGURDAN BEYENIRDIM.AMMA SAG OLSUN DILARE MENIM KIM OLDUGUMU DEYIB.NEYSE O KI QALDI YAZINIZA INANILMAZDI SIZ INSANIN HISSLERINI KAGIZ UZERINDE SOZLERLE COX GOZEL IFADE EDIRSINIZ MARAQLIDIR TEBRIKLER.

0  
1 Ayka   (28.01.2010 09:43) [Материал]
Maraqlidi Nemis.Cox gozel alinib eladi.Ugurlar sene balaca

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər.
[ Qeydiyyat | DaxilOL ]