Bu gün həyatımda dəyişiklik etmək qərarına gəldim.Və etdim...Sevdim bu gün.Seçim etmək heç də asan olmadi mənə çox fikirləşdim,götür-qoy etdim və nəhayət qərar verdim.Qıymadım sevgimi başqasına verməyə,özümü sevdim.Təkcə özümü layiq bildim öz sevgimə...Beləcə ən gözəl paltarımı geyindim,saçlarımı daradım sevgilimlə görüşə getdim.Görüş yerimiz evimizin ən böyük aynasının qarşısı oldu.Güzgüdə gördük bir–birimizi. Diqqətlə baxdım gözlərinə.Sonra hər iimiz gülümsədik.Danışmağa başladım,daha doğrusu başladıq.Yəqin həyəcandan belə oldu ikimiz eyni anda danışdıq.Ancaq çox təəssüf ki,tez ayrılası olduq.Eyni tərəfə,başqa istiqamətlərə doğru...Ən əsası odur ki,hələ də ürəyimiz bir döyünür...
Nə qədər gözəl. Bu bir özgüvən, özünəinanm məsələsidir. Təkəbbür məsələsi deyil. İnsan özünə dəyər verdikcə varlığa, başqalarına dəyər vermiş olur. Sevgi də bir iç enerji məsələsidir. İnsanı varlığa və insana bağlayan. Bu üzdən ilk öncə insanın öz nəfsinə öz ruhuna sayqısı olmalıdır. Sevgi çox geniş bir sahədir. Onun duyqusal, fikri, ruhi dərinlikləri var. İnsanın özünü hər an gəlişdirmə və mutluetmə sənətidir sevgi. Zaman tapsanız bu yazını oxuyun "eşq" haqqında. Sizin axtarış içində olan düşüncələrinizə, duyqularınıza çox yardımçı olacaq: 1. http://kultaz.com/2009/06/07/guntay-gencalp-sems-tebrizinin-esq-felsefesi-i-yazi/ 2. http://kultaz.com/2009/06/10/guntay-gencalp-sems-tebrizi-irfaninin-dialektikasi-ii-yazi/ 3. http://kultaz.com/2009/06/12/guntay-gencalp-semsi-tebriz-felsefesinde-humanizm-iii-yazi/ 4. http://kultaz.com/2009/02/12/guntay-gencalp-sehriyarla-gorus-xatireleri/