Bolmeler

Daxil Ol

Axtar!

Teqvim

«  Noyabr 2009  »
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 78

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2009 » Noyabr » 23 » Tam Səmimi...
20:10
Tam Səmimi...


  Saat 4-un yarisidir.Yuxusuzluqla vuruşuram neçə saatdır. Bacara bilmirəm ki,bilmirəm.Bir Atalar məsəli yadıma düşdü.”Kasıbı aclıq basanda,bit də basar”. Düzdür indi məni nə aclıq basıb,nə də bit.Ancaq darıxmağın üstünə yuxusuzluq gələndə dəhştli bir şey alınır.Nə isə...

 Hər gün yuxudan duranda gün ərzində nə edəcəyimi düşünürəm.Daha doğrusu çoxdandı düşünmürəm.Çünki,ehtiyac olmur.Artiq monoton həyat keçirirəm.Səbirsizliklə rayonumuza,insanları,özü isti,söhbətləri,torpağı duzlu Kürdəmirə gedəcəyim günü gözləyirəm.Kurdəmir yayda o qədər isti olur ki,dostlarım mənə zarafatla Nərmin "Soyuqhəsrət” deyirdilər.İndi istisinə də həsrətəm Kurdəmirin.Elə darixmağımın da əsas səbəbi budur.Ümumiyyətlə bu hiss mənə cox yaxın olub bu 2 ayda. O qədər yaxın ki...

  Ancaq indi darıxmağım bi az başqadır.Həmişəkindən fərqli olaraq indi valideyinlərim üçün yox, evimiz üçün parka bənzəyən balaca həyətimizçün darıxiram. İndi gözlərimi yumub xəyalən gedəcəyəm evimizə...

  ...Qəzet oxyuyan atam,televizora baxan anam.Daha dəqiq desəm özləri evimizdə,fikirləri bizdə olan valideyinlərim. Səssizlik...

  Hər şey olduğu kimi qalıb evimizdə bircə yenilik səssizlik və boşluqdur ki,onuda mən yaratmışam məncə.Çünki evimizin ən səsli-küylü sakini mən idim.Gələndə səs-küyümü də gətirdim özümlə ancaq burda heç lazım deyil mənə.Çünki,nə nazımı çəkən atam,nə də ki,özü demiş saçlarını ağatrtdığım anam yanımda deyil.Nə isə...

  Pioninam sataşdı gözümə.Burnumun ucu ,daha doğrusu barmaqlarımın ucu göynəyir pioninamın dillərindən ötrü.Heç vaxt sevmədiyim "qamma”nı da çalmağa razıyam bu dəqiqə.Təki toxuna bilim notlara.Birdə ki,bura gələndən az-az yazıram.Yəqin ilham pərilərim də rayonda qalıb.Bir şeyi etiraf edim.Yazmaqdan qorxuram bir az.Kimə göstərsəm janrın yoxdur deyir,yazmaqçün tezdir deyir,azdır deyir.Ancaq mən biçarə başa sala bilmirəm ki,yazmağa məcbur olduğumçün yox,yazmaq istədiyimçün yaziram.Rasim Qaracanın sevdiyim bir sözü var.”Mürəkkəbim qurtardı,havam çatmir”Məndə də bir növ belədir.Bir də ki, Sədi deyib ki ”Zehni əmək insanı hər cür kədərdən uzaqlaşdırır”. Kədər məndən gen gəzsə nə olar ki? Umumiyyətlə yazılarımı heç bir iradsız bəyənən bir nəfər var.O da ki,atamdır.Çünki, heç vaxt oxumayıb.Bir dəfə bir neçəsini mən oxumuşdum onun üçün.Onda da xəbərlərə baxırdı fikri məndə deyildi.Ancaq axırda dedi ki,əladır! Ona görə də atamı özümə stimul seçmişəm.Onu düşünəndə ürəklənirəm bir az.Hər halda bir nəfəri də olsa ram etmək heç də asan iş deyil.

  Belə,gecədən fərqli olaraq yazımı başa vururam yavaş-yavaş.Ona görə yox ki,daha yaza bilmirəm.Ona görə ki, ,uzun- uzadı yazıb oxucularımı(bir az da səmimi olsam özümü)yormaq istəmirəm.Məşhur Fransız alimi Dekart demişkən ”Düşünürəm,deməli, varam” Əsas da budur


 


Baxılıb: 684 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 3
0  
3 Güntay   (05.12.2009 07:09) [Материал]
çox gözəl, möhtəşəm. Afərin! Əski xatirələrimi oyatdı bu yazı. Mən də kəndimizdən gedib Ərdəbildə oxudum dərslərimi. Özəlliklə bizdə Novruz bayramında 13 gün oxullar tətil olardı. Onu səbirsizliklə bəklərdim. Anamın ilk gecə bişirdiyi bilovun qoxusu, aləmiz. İndi 20 ildir ona həsrət qaldım. Uzaqla məni çəkib apardı...
Cavab: Cox sag olun fikirlerinize gore.

0  
2 zoluska   (27.11.2009 14:39) [Материал]
salam nermin xanim coxdandi yazilarinizi oxumaga vaxt tapa bilmirdim melum axi mende telebeyem.birde kim deyir axi janrsizdi cox gozeldi men sizin 1noli oxucunuzam yazilarinizi cox beyenirem hetda semimi olsaq hesed apariram axi nece olurki fikirlerinizi bu qeder gozel sekilde ifade ede bilirsiniz?ureklenin en azi ona gore ki men sizin yazilarinizi hevesle oxuyuram.ugurlar size.yeni yazilarinizi gozleyirem.
Cavab: Cox sag ol.Sad oldum

0  
1 Elmar   (23.11.2009 21:44) [Материал]
Aferin sene balaca! Maraqlidir.Coxlu guldum.Ugur olsun
Cavab: Sag ol.Qanin qara olanda oxuyub gulersen:-)

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şerh yaza bilərlər.
[ Qeydiyyat | DaxilOL ]